Hindistanın müasir Robin Qudu
29.07.2015 17:41 Maraqlı 1590
Omkarnath adlı 79 yaşlı Hindistan sakini sanki müasir Robin Quddur. Son 3 ildir ki, zənginlərin istifadə etmədiyi dərmanları toplayır və dərmana verəcək pulu olmayan insanlara verir. Bu xidmətinə görə ona "dərmançı ata" deyirlər. Omkarnath yalnız zənginlərdən dərman toplamır. Eyni zamanda, ölkədəki özəl klinikalara qoyduğu xüsusi qutularla ianə da toplayır.
Şahidi olduğu hadisədən təsirləndi
Yaşlı adam bu işə şahid olduğu bir yaralanma hadisəsi nəticəsində başladığını bildirir. Bir gün bir neçə inşaat işçisi pis şəkildə yaralanır və Omkarnath da onları xəstəxanaya aparır. Ancaq xəstəxana işçiləri müalicə etmir və lazımi dərmanları da başqa yerlərdən təmin etmələrini söyləyir. Bu hadisədən sonra da kasıblara dərman təmin etmə fikri beynində formalaşır və heç bir məvacib almadan insanlara xidmət etməyə başlayır.
Ailəsi əvvəlcə qarşı çıxdı indi isə qürur duyur
Ailəsi isə bu işə ilk başlayanda onun gördüyü işi dilənçilik kimi görüb və bundan xoşbəxt olmadığını dilə gətirib. Ancaq bu an bütün ailə Omkarnathın etdiyi ilə qürur duyur.
Ölümdən əvvəlki xəyal
Bu gün Omkarnath ayda 500 dollar qazanır və dünya miqyasında bir dərman şəbəkəsi yaratmağın arxasıncadır. Bundan sonra bu işin hara qədər davam edəcəyi haqqında danışan qoca "Səylərim bəlkə də okeanda ancaq bir damla olar, ümid edirəm ki, ölmədən bu işin daha böyük bir hərəkata çevrildiyini görə biləcəym" - deyib.
Şərhlər