Beş yaşlı Yusifin 26 barmağı var

10.07.2017 22:19     Maraqlı     1521

Əllərinin hər birində 7, hər ayağında isə 6 barmaq var... Yəni bu uşağın 26 barmağı var.

Milli.Az bildirir ki, Lənkəranın Aşağa Nüvədi kənd sakini 5 yaşlı Yusif Abbasov dünyaya göz açanda hər kəsi təəcübləndirib. Normal insanlardan fərqli olaraq, o, 20 deyil, 26 barmaqla dünyaya gəlib.

Yaxınlarının sözlərinə görə, bu hal azyaşlı üçün heç də çətinlik yaratmır. Onlar Yusifin həmyaşıdlarından daha aktiv olduğunu deyirlər.

Dəfələrlə azyaşlı həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmadığı məlum olub. İndi yaxınlarını narahat edən əsas məsələ onun gələcəkdə bu səbəbdən çətinliklər yaşama ehtimalıdır. Ancaq həkimlər bunda da heç bir problemin yaşanmayacağını deyiblər.

 

Qeyd edək ki, Yusif Abbasov ailənin tək övladıdır. Valideyinlərinin qohumluq əlaqəsi olduğundan bunun qohum nikahı səbəbindən baş verdiyi də ehtimal edilir. /xezerxeber.az

Reaksiya.az

Şərhlər