Milyonçudan fantastik layihə - hamı bura axışır - FOTOLAR

11.07.2017 13:13     Maraqlı     1815

Latviyalı milyonçu Ayvars Zvirbulis dünyada analoqu olmayan layihə həyata keçirib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Tsesis şəhəri yaxınlığında 30 min hektar meşə sahəsini alan milyonçu orada fantastik “Günəş şəhəri” salıb.
 
 
Layihəyə görə, şəhərdə 300 ev tikilib. Hər evə isə yarım hektardan tutmuş 1 hektara qədər ərazi ayrılıb.
 
 
Evlər ekoloji cəhətdən təmiz materiallardan inşa olunub və hamısının qarşısında kiçik gölməçə var. Yaşayış yerlərinin hamısı istilik və yüksək sürətli internetlə təmin edilib. Bir evdən digər evi görmək mümkün deyil. Kiçik cənnəti xatırladan bu şəhərə turist axını səngimir.

Şərhlər

Çox oxunanlar