Arıqladan su resepti
29.07.2015 18:11 Maraqlı 3766
"Flat Belly", "Belly Diet" və s. kimi müxtəlif adlarla bilinən bu pəhriz proqramı Amerika və İngiltərə başda olmaq üzrə bir çox ölkədə də olduqca maraqla qarşılanıb və minlərlə insan tərəfindən tətbiq edilibi. Bu proqramda hədəfin xüsusilə qarın bölgəsini düzləşdirmək və arıqlamaq olduğunu qeyd edən Qidalanma və Pəhriz Mütəxəssisləri xüsusi bir pəhriz resepti veriblər.
Bu qidalanma proqramı 1 həftəlik, 4 və 2 günlük olaraq tətbiq olunur. Proqramı həyata keçirərkən aşağıda yer alan çəki itirməyə köməkçi olacaq suyu mütəmadi olaraq içməyiniz lazımdır. Bu su orqanizmin turşu əsas tarazlığını düzəldir və metabolizmanı sürətləndirərkən həzm sisteminin də düzgün işləməsini təmin edir.
Qayda 1
Proqram boyu yüksək duz ehtiva edən yeməklər, duzlu çeşidlərdən çəkilməsi lazımdır. Duz və natrium tərkibli qidalar nə qədər çox istehlak edilsə bədən o qədər çox su tutar.
Qayda 2
Karbohidratlar minimuma endirilir. 1 qram karbohidrat yanında 3 qram su ilə birlikdə toplanır. Əgər mütəmadi yürüyüş etmirsinizsə həddindən artıq karbohidrat istehlakına orqanizmin ehtiyacı yoxdur və çoxu yağ kimi yapışıb qalır.
Qayda 3
Proqram müddətində şəkərlər, yüksək karbohidratlar, yağda qızardılan yeməklər yeyilmir. Zeytun, fındıq, avakado, yağlı toxumlar kimi qidalarla qidalanılır.
Qayda 4
Paxlalı bitkilər, gül kələm, kəvər, soğan köp yaratmağa meyilli olduğundan mümkün qədər çox az istifadə edilməlidir. Həftədə iki dəfəni keçməməlidir.
Qayda 5
Saqqız çeynəmək qarnı şişirdən digər bir səbəbdir. Proqram boyunca saqqız da çeynəmək qadağandır.
Qayda 6
Proqram boyu yediyiniz tərəvəzlərin mütləq buxarda bişirilməsinə diqqət etməlisiniz. Qurudulmuş və ya dadlandırılmış çiy qidalar əvəzinə suda bişmişlərə üstünlük verin.
Qayda 7
Ədviyyatlar sərbəstdir, çünki bunlar mədə turşularının atılmasını təmin edirlər və metabolizmanı sürətləndirirlər. Turşulu içkiləri və qara çay ilə qəhvə də bir kənara atılmalıdır.
Arıqladan su resepti
7-8 stəkan su,1 fincan yaşıl çay (əvvəlcədən süzüb hazırlanmış), 1 orta boy xiyar, yuyulmuş, nazik dilimlərə bölünmüş 2-3 dilim doğranmış və ya 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil, 1 limon (yuyulmuş, qabıqlı halda nazik dilimlərə bölünmüş), 1 kiçik alma (yuyulmuş, qabıqlı halda dilim-dilim doğranmış), 5-6 az təzə nanə və ya 1 çimdik quru nanə, darçın sevənlər 1-2 qabıq darçın əlavə edə bilərlər. Bütün materialları qarışdırır və bir gecə soyuducuda saxladıqdan sonra ara-ara içərək bir gündə bitirməlisiniz.
Şərhlər