İnsanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır.

15.07.2017 13:51     Maraqlı     1920

Məşhur Böyük Britaniya astrofiziki Stiven Hokinq insanların başqa planetlərə miqrasiyasının müddətini açıqlayıb.

Publika.az“ The Telegraph” nəşrinə istinadən xəbər verir ki, fizikə görə, insanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır.

Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir. Onun fikrincə, Ay 30, Marsda isə 50 il ərzində koloniya yaradıla bilər.

Bundan başqa, Hokinq Günəş sistemini tərk etməyi və bizə ən yaxın ulduzlar sisteminə - “Alfa Sentavra”ya yola düşməyi təklif edib. Alimlərin fərziyyəsinə görə, bu sistemdə həyat üçün yararlı olan “Proxima b” planeti mövcuddur.

Onun sözlərinə görə, kosmik miqrasiya iqlim dəyişikliyi, əhalinin sürətlə artması və planetin başqa problemlərindən qaçmağa imkan verəcək. Astrofizik uzaq kosmik sərhədlərin mənimsənilməsi ilə Amerikanın Xristofor Kolumb tərəfindən kəşfini müqayisə edib. O, başqa planetlərə miqrasiyanı insan sivilizasiyasının təbii inkişaf yolu adlandırıb.

Qeyd edək ki, Stiven Hokinq daha əvvəl Yer kürəsində 100 il sonra qlobal faciənin olacağını proqnozlaşdırıb. O, müsahibəsində deyib ki, bəşəriyyət başqa planetlərə köçməyə məcbur olacaq. Alimin fikrincə, 4 səbəb qlobal faciənin gətirə bilər: qlobal iqlim dəyişikliyi, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir – red.), böyük asteroid zərbəsi və Yer kürəsinin əhalisinin sürətli artımı. Nəticə olaraq, planetin bəşəriyyət üçün yararsız olacağı güman edilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar