Selfi istəyi 200 min dollara başa gəldi
15.07.2017 13:59 Maraqlı 1862
Los Anceelsdə 14 Factory qalereyasını ziyarət edən gənc qız selfi çəkərkən 200 min dollar dəyərində olan bahalı eksponatı sındırıb.
Rusiya mətbuatı xəbər verir ki, gənc qız eksponatların nümayiş etdirildiyi dayaqlara söykənib selfi etmək istəyəndə bir neçə dayaq bir-birinə dəyərək yerə dağılıb. Hadisə zamanı 10 eksponata zərər dəyib. Muzeydən verilən məlumata görə, hadisə zamanı rəssam Saymon Berc, Qloriya Yu, Qabriel Çan və Ceykob Blitser tərəfindən yaradılan Hypercaine seriyasından olan 3 fiqura zərər dəyib.
Bu eksponatlar müxtəlif rəng və formalardan olan taclardan ibarət imiş. Xatırladaq ki, muzey rəhbərliyi zərər dəymiş eksponatların bərpasının mümkün olmadığını da bildirib
Şərhlər