QHT missiyasını dəyişdi
29.07.2015 21:46 Maraqlı 2515
Təmiz Dünya Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkədə rəhbəri olduğu təşkilatın missiyasını dəyişdiyi barədə yazıb.
Mehriban xanım “Bu il təşkilatın missiyası dəyişib. “BARIŞ” deyə devizimizi dəyişmişik. İnsanlar arasında barış, ailələr arasında barış deyirik! Qeyri müşkülü müşkül etmək. Biz bunu bacardıq. Bir ailə də barışdı, onlardan çox iki uşağın, hər ikisi də oğlan, sevincini görmək dünyanın ən gözəl sevinc payıdır. Qeyd edim ki, çox çətin idi. Bir ay bundan əvvəl iki il müddətinə rəsmi nigahları da olsa ayrılmış ailəni qovuşdurduq. Bu dəfə isə rəsmi ayrılmış və bir il yarım ayrı yaşayan ailəni birləşdirdik. Artıq barışanların sayı onu keçib. Inşaallah ümidvaram ki, daha çox olar” yazaraq sevincini dostları ilə bölüşüb.
Şərhlər