93 yaşında öldü, 130 arvadı dul qoydu
20.08.2017 13:30 Maraqlı 2061
Nigeriyada 130 arvadı olan Məhəmməd Bello Əbubəkr 93 yaşında həyatını itirib.
“Ata Masaba" ləqəbi ilə tanınan Məhəmməd Bello Əbubəkr öz evində ölüb.
Əbubəkr 2008-ci ildə medianın gündəmində olarkən 86 arvadı var idi. O, 9 il ərzində arvadlarının sayını 130-a çatdıra bilib.
203 uşaq sahibi olan Əbubəkr qanunu pozduğu üçün (bir kişinin ən çox dörd qadınla evlənə bilməsi) həbs cəzası almışdı. Əbubəkr “Onlar mənim yanıma gəlir. Allah məndən bunu etməyimi istəyir, mən də onlarla evlənirəm” deyərək özünü müdafiə etmişdi.(publika.az)
Şərhlər