Alimlər deyirlər ki, arıqlamaq istəyirsinizsə, hər gün tərəzidə çəkilin
20.08.2017 20:34 Maraqlı 2010
"The Independent" yazır ki, bir çoxlarına xoşladığı yeməklərdən məhrum olmamaqla arıqlamaq qeyri-mümkün görünə bilər.
Lakin alimlər bunun çox bəsit bir həllini tapıblar: Sadəcə olaraq hər gün tərəzidə çəkilin.
Drexel və Pennsylvania Universuitetlərinin apardığı təcrübədə 294 qadın tələbə iştirak edib.
Təcrübə göstərib ki, iki il müddətində hər gün tərəzi üstünə çıxan qadınlarda, bunu etməyənlərlə müqayisədə həm BKİ (bədən kütləsi indeksi), həm də bədən piyi kütləsi xeyli azalıb.
Bədən Kütləsi İndeksi insanın boyu və çəkisi əsasında hesablanır. BKİ-nin hesablanması üçün bədən çəkisi boy hündürlüyünün kvadratına bölünür. İndeks vahidləri kq/m2-lə hesablanır.
Ən maraqlısı budur ki, təcrübədə iştirak edən müxtəlif çəkili qadınlara arıqlamaq tapşırığı verilməmişdi, onlar sadəcə olaraq hər gün tərəzidə çəkilməli idilər.
Alimləri məhz tələbələr ona görə maraqlandırırdılar ki, insan məhz universitet illərində izafi çəki yığmağa başlayır.
2009-cu ildə aparılmış başqa bir təcrübədən isə aşkar olub ki, tələbələr əsasən də birinci kursda kökəlməyə başlayırlar.
Amma özlərini hər gün tərəzidə çəkən qadınlar nəinki kökəlməyiblər, hətta çəki itiriblər.
Özlərini çəkməyənlərdə BKİ dəyişməz olaraq qalıb.
"Bu təcrübə zamanı BKİ-nin və bədən piyinin azalması dramatik dərəcədə olmasa da, əhəmiyyətli kəmiyyətdə idi və nəzərə alın ki, qadınlara məxsusi olaraq arıqlamaq komandası verilməmişdi" - deyib tədqiqatın aparıcı alimi professor Diane Rosenbaum.
Professor deyir ki, nəticə onların özü üçün də gözlənilməz olub.
Alimlər tərəzidə gündəlik çəkilmənin çəki azalması ilə nəticələnməsinin səbəbini tam dəqiqliklə izah edə bilmirlər, lakin güman belədir ki, adamın hər gün öz çəkisini görməsi onda arıqlamaq motivasiyası yaradır.
"Özünüzü müntəzəm qaydada tərəzidə çəkməklə, siz istər-istıəməz daha sağlam qidalanmaya və həyat tərzinə can atırsınız, çünki bunun çəkinizin azalmasına təsirini əyani şəkildə görürsünüz" - deyib Drexel Universiteti İncəsənət və Elm Kollecinin professoru Meghan Butryn
Alim bildirir ki, əksinə siz tərəzidə çəkinizin artdığını görəndə həyəcanlanır və narahat olursunuz.
Tədqiqatçıların fikrincə insan çəkisinin hər gün müəyyən qədər artıb-azalması tam normal bir prosesdir. Bu, qəbul edilən qidadan, hətta ayaqyoluna dəyişən fasilələrlə gedilməsindən, gecə saatlarında yeməkdən asılı ola bilər.
Şərhlər