Oyuncaq seçərkən nələrə diqqət etməliyik?
30.07.2015 13:15 Maraqlı 2756
Reaksiya.az saytı online alış-veriş platforması kliksa.com – a istinadən xəbər verir ki, ata – analar, uşaqlarının əyləncə ehtiyacları ilə yanaşı, zehni və romantik inkişafına da kömək edən oyuncaq seçimində göz önündə saxlamaları lazım olan nöqtələri açıqlayıb.
Oyuncaq seçəndə nələrə diqqət edilməli?
1. Seçilmiş oyuncaq, uşağın sağlam inkişafına dəstək olması üçün, mütləq uşağın yaşına, bacarığına, marağına və içində olduğu inkişaf dövrə uyğun olmalıdır.
2. Yaş və bacarıq səviyyəsinin altındakı oyuncaqlar oyun kefi verməz, uşağın maraq sahəsində çox qısa müddət qala bilər. Oyuncaq uşağın yaşı və bacarıq səviyyəsinin üstündə olarsa, bu körpədə uğursuzluq duyğusu yarada bilər və bu vəziyyət uşaqda daha dəhşətli halların yaranmasına səbəb ola bilər.
3. Oyuncaq, uşağın gücü ilə düz mütənasib, bədəninə uyğun böyüklükdə və ağırlıqda olmalıdır.
4. Oyuncaq, uşağın inkişafı üçün funksional olmalıdır, yaradıcılığı məhdudlaşdırmamalıdır.
5. Uşaqlara tək başına oynayacağı oyuncaqların yanında qrup halında oynaya oyuncaqlar da alınmalıdır.
6. Oyuncaq uşağın sağlamlığını təhlükəyə atmayacaq şəkildə, yuyula bilər, dayanıqlı, küncləri dəyirmi və sağlam olmalıdır.
7. Oyuncaq uşaqların, struktur xüsusiyyətini və istifadəsini asanlıqla qavraya biləcəyi və işlək səviyyədə olmalıdır.
8. Oyuncaq alarkən cinsi ayrı-seçkilik edilməməlidir. Oğlan uşağına qız oyuncağı, qız uşaqına kişi oyuncağıyla oynamaq istəsə, buna icazə verilməlidir. Bacarıqlarını inkişaf etdirəcəksə, məsələn oğlan uşağının kukla ilə, qız uşağının yük maşını oynamasından heç bir qorxu yoxdur.
Şərhlər