Gözəllik kraliçası edam olunacaq

30.07.2015 17:04     Maraqlı     2965

Kolumbiyalı model Juliana Lopez, tətil üçün getdiyi Çində komputerlə ölkəyə narkotik gətirdiyinə görə həbs olunub. 22 yaşındakı gözəllik kraliçası, ömürlük həbs və ya edam cəzası ilə mühakimə olunacaq.

“Miss World Medellin” yarışmasında iştirak edəcək Lopez hazırda həbsdədir. Beynəlxalq təşkilatlara müraciət edən modelin ailəsi bütün beynəlxalq qurumları qızlarına kömək etməyə çağırır.

Qızlarıyla əlaqə saxlaya bilməyən ailə yalnız Kolombiyanın Çin səfirliyinə müraciət etdikdən  sonra qızlarının yerini öyrəniblər.

Sən demə, Lopezin Çinə ölkəsində satmaq üçün paltar və hədiyyəlik əşya almağa gedibmiş.

Şərhlər