79 günə Yer kürəsini dövr etdi

19.09.2017 09:07     Maraqlı     1680

 Şotlandiyalı Mark Bomont 79 günə Yer kürəsini velosipedlə dövr edərək dünya rekordu müəyyənləşdirib.

Reaksiya.az  BBC-yə istinadən xəbər verir ki, sentyabrın 18-də Parisdə Zəfər tağlarında səyahətinə yekun vurub.

34 yaşlı Bomont dünya səyahətinə iyulun 2-də Parisdən yola düşüb. Bu müddət ərzində velosipedçi 16 ölkənin ərazisindən keçməklə təxminən 29 min km məsafə qət edib. O, gündə orta hesabla 370 kilometr yol gedib. O, əvvəlki 44 günlük dünya rekordunu təzələyib. Şotlandiyalı bildirib ki, onu bu addımı atmağa Jül Vernin "80 gün Yerin ətrafında" romanı ilhamlandırıb.

Reaksiya.az

Şərhlər