Televizor beyni məhv edir
30.07.2015 21:23 Maraqlı 2294
ABŞ-da bir araşdırmaya görə televizora çox baxmaq beyni öldürür və alzheimer xəstəliyi riskini artırır.
ABŞ - ın Kalifaronia ştatında aparılan bir araşdırma hər gün 4 saat və daha çox televizora baxmağın alzheimer xəstəliyinə yaxalanmaq riskini artırdığını ortaya çıxarıb. San Fransiscoda yerləşən Şimali California Araşdırma və Təhsil İnstitutunun keçirdiyi və Alzheimer Dərnəyinin Konfransında açıqlanan nəticələrə görə hərəkətsiz həyat idrak bacarıqlarına pis təsir edir və gündə 4 saatdan çox televizora baxan insanlarda ağlın itməsi riski artır.
Reaksiya.az xəbər verir ki, California Universitetində psixiatriya, nevrologiya və epidemoloji professoru olan Kristine YAFFE araşdırmanın xüsusilə gənclər və uşaqlar üçün çox əhəmiyyət daşıdığını ifadə edib və bunu nəzərə almağın vacibliyini vurğulayıb.
Şərhlər