Cavanlıq və xoşbəxtlik meyvəsi

30.07.2015 22:48     Maraqlı     2669

Təbiətin möcüzələrindən biri sayılan Goji Berry meyvəsi vitamin və minerallarla zəngin, min bir dərdə çarə hesab edilir. Bir çox tibbi araşdırma göstərir ki, bu möcüzəvi meyvə insanı cavanlaşdırır və ömrünü uzadır. Belə ki, Goji Berry’nin tərkibindəki ana molekul olan polisakkaritlər ve güclü antioksidantlar erkən qocalmaya qarşı bədəni qoruyur.Goji Berry  metabolizmi sürətləndirir, immunitet sistemini gücləndirir, HGH (insan böyümə hormonu) ifrazatını artırır, arıqlamağa kömək edir,  ürək və qaraciyər başda olmaq üzrə bütün daxili orqanları qoruyur, qanı təmizləyir, xolesterini aşağı salır, xərçəngə qarşı mübarizə aparır.   

Goji Berry dünyadakı ən yüksək antioksidanta sahib meyvələrdən hesab olunur.

Goji Berry’nin tərkibində  Provitamin A, E, C, B1, B2, B6 vitaminləri, 11 əsas və 22 mikro mineral, 18 növ aminturşusu, 5 növ doymamış yağ turşusu (omega-3, omega-6 vb.), 5 dən çox karotenoid (beta-carotene, zeaxanthin, lutein, likopen vs.),  8 növ polisakkarid,   6 növ monosakkarid mövcuddur.

Bu xüsusiyyətlərinə görə 2000 ildən çoxdur ki, Çində Goji Berry’dən tibb sahəsində istifadə olunur. Son illərdə isə bütün dünyada ən populyar meyvə halına gəlib. Goji Berry bütün dünyada “Uzun Ömür Meyvəsi”, “Xoşbəxtlik Meyvəsi” və “Viagra Meyvəsi” olaraq tanınır. Bugün bir çox Hollywood ulduzu cavan görünmək, arıqlamaq və enerji üçün müntəzəm olaraq bu meyvədən istifadə edir.

İnsan yaşlandıqca bədənində meydana gələn sərbəst radikallar bədəndəki hüceyrələrə zərər verərək onların fəaliyyətlərini ya tamamiylə dayandırır yada zəiflədir. Və beləliklə bədənimizdəki yaşlanma prosesi sürətlənir. Antioksidantlar bu sərbəst radikallara qarşı mübarizə apararaq bədənin yaşlanma prosesini gecikdirir və bədəni daha cavan və gümrah saxlayır.

Şərhlər