ABŞ kəşfiyyatı Yaponiya şirkətlərini də izləyib?
01.08.2015 14:19 Maraqlı 1446
Wikileaks saytı ABŞ-ın milli təhlükəsizlik rəsmilərinin Yaponiya şirkətlərini izləməsi haqqında agentliyin məxfi sənədlərini dərc edib.
Reaksiya.az xəbər verir ki, sənədlərdə Yaponiyanın mövqeyi, beynəlxalq ticarət və dünya iqlim dəyişikliyi məsələləri ilə bağlı 2007-ci ildən 2009-cu ilə qədər olan hesabatları əks olunub.
Sənədlərin həqiqiliyi təsdiqlənməyib, lakin Yaponiya xarici işlər nazirliyinin sözçüsü bildirib ki, faktla bağlı məlumat yayıldıqdan sonra ABŞ və Yaponiya hökumətləri arasında məlumatların toplanması haqqında danışıqlar aparılır.
Şərhlər