27 illik düşmənlik başa çatdı - İKİ ƏFSANƏ BİR ARADA

21.12.2017 22:27     Maraqlı     2190

Uzun müddətdir küsülü olan Amerika Basketbol Liqası NBA-nın iki əfsanəsi Mecik Conson və İsax Tomas yenidən bir araya gəlib.

İki dost 1990-cı ildə yaşanan bir hadisədən sonra düşmənə çevrilmişdi. Keçmiş dostlar “NBA” televiziyasındakı bir proqramda görüşüblər. İkili verilişdə Mecikin üzr istəməsindən sonra qucaqlaşaraq barışıblar.

“Los Anceles Leykers” komandasının ulduzu Mecik Conson ilə “Detroit Pistons”un əfsanəsi İsax Tomas NBA-nın 1988 finalında qarşılaşarkən iki əzəli rəqib, həm də iki dost olublar. 1989-cu ildə dostların arasına "su girib" və düşmənə çevriliblər. 1992-ci ildə İsaxın “Barselona” olimpiadalarına “Dream team” ləqəbi ilə damğasını vuran Amerika Milli Basketbol Komandasına daxil olmasını əngəlləyənlər arasında keçmiş dostu Mecik də olub.

M.Conson olimpiadadan öncə HİV virusu daşıdığını dediyi üçün komanda yoldaşları onunla birgə eyni meydançaya çıxmaq istəməyib. O isə məcburiyyət qarşısında qalaraq karyerasını bitirmək qərarı alıb. Daha sonra İ.Tomasın onun arxasınca dedi-qodu yaydığını iddia edən Conson NBA-dakı verilişdə üzr istəyib, keçmiş dostunu qucaqlayaraq onun çiynində xeyli ağlayıb.(publika)

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar