Niyə biz uzağı görmürük?

22.01.2018 13:16     Maraqlı     2464

Yeniyetmə ikən gözlərim zəifləməyə başladı və eynək taxmaq məcburiyyətində qaldım.

Eynəyimin nazik şüşələri tezliklə ikiqat şüşələrlə əvəzləndi.

"Axı niyə belə oldu?" deyə mən oftalmoloqumdan soruşardım.

Onun cavabı isə həmişə eyni olurdu: günah genlərimdə və oxumaq sevgimdədir.

Bu cavaba qarşı çıxmaq üçün heç bir səbəb yox idi. Gözləriniz uzağı görməsə, yəqin ki, göz həkimi sizə də eyni sözləri deyəcək.

Amma son araşdırmalar göstərir ki, həmin fərziyyələr tamamilə yanlışdır.

Müasir cəmiyyət və ətraf-mühitdə bir çox şeylər pis görməyə səbəb ola bilər.

Və bir neçə sadə addımla biz, uşaqlarımızı öz nəslimizi bürüyən bulanıq görmədən qurtara bilərik.

 

Pis görmənin əsasən genetik olduğu fikri mənim üçün heç vaxt ağlabatan səslənməyib.

Eynəksiz mən daşı kərgədandan ayıra bilməzdim. Yəqin ki, savannada gəzə-gəzə evlər, qəsəbələr, şəhərlər salan əcdadlarımızın başına belə şeylər gəlməyib.

Uzağı görə bilməmək epidemik bir şeydir.

Avropa və ABŞ-da əhalinin 30-40 faizinin eynəyə ehtiyacı var. Bəzi Asiya ölkələrində bu rəqəm, 90%-dir.

Əgər yaxın görmə genlərinə malik olsaydıq, bütün ziyanlarına baxmayaraq, onlar minillik keçərək indiki günə qədər gəlib çıxardılar.

Eskimodan soruş

Kanadada yaşayan inuitlərin təcrübələri üzərində tədqiqat aparmaq, əslində bu sualı 50 il əvvəl cavablaya bilərdi.

Daha yaşlı nəslin gözləri uzağı daha yaxşı gördüyü halda, onların övladlarının 10-25 faizi eynəyə ehtiyac duyur.

"Bu, genetik xəstəlik olmadan mümkün olmazdı," Kopenhagendə yerləşən Glostrup Universitet Xəstəxanasından Nina Jacobsen deyir.

Eyni müddət ərzində inuitlər ovçuluq və balıqçılıq kimi ənənəvi həyat tərzindən Qərb həyat tərzinə keçməyə başlayıblar və bu da azalmaya səbəb olub.

"Uzağı görə bilməmək sənaye xəstəliyidir," Dublində yerləşən Uşaq Universitet Xəstəxanasından Ian Flitcroft söyləyir.

Ola bilsin ki, genlər hələ də hansımızın yaxın, hansımızın uzağı görən olacağını müəyyənləşdirməkdə rol oynayır.

Lakin problemlərin yaranmasında əsl səbəb, ətraf-mühit dəyişikliyidir.

Eynək

Həmin dəyişikliyin bir hissəsinə təhsil və savadlılıq daxildir. Bu, yaxıngörmənin ən ümumi izahıdır.

İlk baxışdan isbat əsaslı görünür: istənilən universitetin mühazirə otağında və ya akademik konfransda parıldayan eynək dənizi ilə qarşılaşmaq adi haldır.

Lakin epidemioloji tədqiqatlar göstərir ki, təsirlər əvvəllər inanıldığı qədər deyil.

"Mütaliə edən insanların sayını araşdırıb, daha çox tədqiq etdikcə aradakı əlaqə sanki yoxa çıxır," Flitcroft deyir.

Ohio-da uşaqların inkişafı ilə bağlı araşdırmanın davamı kimi aparılan bir geniş miqyaslı tədqiqat göstərib ki, oxumaq ilə gözün görməsi arasında heç bir əlaqə yoxdur.

Lakin təsiri tamamilə nəzərdən çıxarmaq da olmaz, Jacobsen deyir.

Əksinə, gözlərimizi zəiflədən kitab oxumaq yox, evdə keçirdiyimiz vaxtdır.

Avropa, Avstraliya və Asiyada aparılan hər bir araşdırma, təbiətdə daha çox vaxt keçirən insanların gözlərinin zəifləməsi şansının dörd divar arasından çıxmayan insanlara nisbətən daha aşağı olduğunu göstərib.

Gözlər

Niyə belə olsun ki? Sualın ən populyar izahlarından biri odur ki, günəş işığı hansısa yolla gözlərimizi qidalandırır.

Məsələn, Queensland Texnologiya Universitetindən Scott Read bu yaxınlarda buir qrup məktəblinı tədqiq edib.

İki həftə ərzində o, düşən günəş işığı və uşaqların hərəkətlərini hər 30 saniyədən bir qeydə alan bir sistem təşkil edib.

Sən demə yaxşı görən uşaqlar, optik eynək taxan uşaqlardan heç də daha aktiv deyillər. Hərəkətin və sağlam bədənin yaxşı görmək üçün nə qədər vacib olduğunu təkrarlamağa ehtiyac yoxdur.

Günəş işığı evdəki işıqdan min dəfələrlə daha güclüdür (ola bilsin ki, gözləriniz fərqi tam əks etdirmir) və günəş işığından həzz alan uşaqların eynək ehtiyacı daha aşağı olur.

Gün işığı, sağlam immun sistemi və beyin üçün cavabdeh olan və bəlkə də göz sağlamlığını da idarə edən vitamin D istehsalına təkan verir.

Günəş şüalarının gözün içində dopamin buraxması ideyası da geniş yayılıb.

Uzağı görməmək göz bəbəyinin həddən artıq böyüyüb, əksə köklənə bilməməsidir. Amma dopamin bunun qarşısını alaraq gözləri sağlam saxlayır.

Mavini ayırmaq

Alternativ olaraq məsələ rənglərdə də ola bilər. Yaşıl və mavi dalğalar retinanın qarşısında cəmlənməyə meyllidirlər.

Qırmızı rəng isə daha çox arxada cəmlənir. Evdəki işıq günəş şüasından daha qırmızı olduğuna görə uyğunsuzluq göz bəbəyinin idarə mexanizmini çaşdıra bilər.

"O, gözlərə optimal yerə köklənmədiyini deyir və göz bəbəkləri də genişlənmək məcburiyyətində qalır," Melburn Universitetindən Chi Luu deyir.

O, müəyyənləşdirib ki, qırmızı işıqda böyüyən cücələr, mavi və ya yaşıl mühitdə böyüyənlərdən daha zəif görürlər.

Göz bəəyi

Flitcorft isə düşünür ki, problem, vizual sahəmizi tutqunlaşdıran əşyalardadır. Ətrafınıza bir nəzər salın və onun dediyini anlayacaqsınız.

"Kompüter ekranına baxarkən ekranın arxasındakı mənzərə geniş şəkildə fokusdan kənarda qalır," o deyir.

"Və gözünüzə kompüterin ekranından ayırıb, saata baxsanız, saat fokusda olacaq. Lakin periferiyanıza yaxın qalan bütün şeyləri tutqun görəcəksiniz."

Gözünüzü hara dikərsiniz-dikin, tutqunluq gözün əks rabitə mexanizmi ilə oynayacaq. Çöldə isə adətən obyektlər daha uzaqda olurlar və beləliklə gözün inkişafında kömək olan daha aydın görüntü yaranır.

Xoşbəxtlikdən bu düşüncə tərzləri təkcə akademik əhəmiyyət daşımır və bizi yeni müalicələrə aparırlar.

Misal olaraq Luu, uzağı görməyən uşaqlar üçün mavi lampalar sınağını həyata keçirmək istəyir. Bununla o, nəinki gözlərin daha artıq zəifləməsinin qarşısını alacağına, həm də gözlərə əvvəlki gücünü qaytaracağına ümid bəsləyir.

Cücələr üzərində tədqiqatı zamanı Luu, gün ərzində bir neçə saat mavi lampa işığının qırmızı işıq zədələrini aradan qaldırdığını və cücələrin görməsinin normallaşdığını müəyyənləşdirib.

Təsadüfi tapıntı

Flitcroft, kontakt linzaların periferik görmədəki tutqunluğu azaldacağı ilə bağlı sınaqlar aparıldığını diqqətə çatdırır. O eləcə də, atropin adlı göz damcısının da kömək olacağına inanır.

Bu dərman göz bəbəyi böyüməsi və yaxın görməni tətikləyən təsirləri yavaşlatmağa qadirdir.

Əks-təsirinə görə - bəbək genişlənməsi və işıq mənbələri ətrafında halqalar yaratması - onun istifadəsi dayandırılsa da, bu yaxınlarda təsadüfən yenidən aşkarlanıb və müəyyənləşib ki, orijinal dozanın yüzdə biri qədər istifadə etdikdə effektiv olur.

Həmin dərəcədə isə əks-təsir minimum olacaq. Tapıntı göz damcılarına qarşı yenilənmış maraq yaradıb.

Gözlər

Hazırda isə Flitcroft bildirir ki, tələskənliyə yol verməmək lazımdır. Məsələn, eynəklərin gözləri daha da pisləşdirdiyi düşüncəsi kimi anlayışlar yanlışdır.

Müqayisəli kitab sayılan "Eynəksiz Daha Yaxşı Görmə" (Better Eyesight Without Glasses) əsasındakı təcrübəmə uyğun olaraq mən, gözlərimi yaxşılaşdırmaq üçün eynəyimdən istifadə etməməyə başladım. Nəticədə üç il ərzində görməm daha da pisləşdi.

"Eynəklərin hər şeyi daha pisləşdirdiyi kimi geniş yayılmış bir düşüncə var, amma bu belə deyil," Flitcroft deyir.

"Əgər bu yolla uşaqlarınızın daha yaxşı görəcəyini düşünürsünüzsə, haqlısınız."

Bir çarə qılmaq istəyənlər üçün bir çox tədqiqatçılar uşaqların həyətdə oynaması barədə yekdildirlər. Tayvan məktəblərində aparılan bir sınaq da yaxşı nəticələr verir.

"İnsanları təbii, həyət mühitinə burax, onlar miyop olmayacaqlar," Flitcroft deyir.

Göz

"Uşaqları həyətdə oynamağa həvəsləndirmək ancaq xeyir verəcək. Kaş ki, bunları öz uşaqlığımda bilərdim. İndi mən demək olar ki, tamamilə görməmi yaxşlaşdıran kontakt linzaları taxıram.

Bu böyük problemlə müqayisədə linzanın bəzən verdiyi quruluq və qıcıq, məni heç də narahat etmir.

Amma səhər oyanıb yanımda uzanan yoldaşımın üzünü belə sezə bilməyəndə, gələcək nəsillərin bir vaxtlar əcdadlarımızın malik olduğu aydın görmədən həzz ala biləcəklərini arzu edirəm.(bbc)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar