Çində "ağcaqanad zavodu" yaradılıb
04.08.2015 00:38 Maraqlı 2539
Çinli alimlər dang qızdırması ilə mübarizə çərçivəsində xəstəliyə səbəb olan dişi ağcaqanadları aradan qaldırmaq üçün bakteriya daşıyan erkək ağcaqanad yetişdirməyə başlayıb.
Reaksiya.az "China Daily"qəzetinə istinadən xəbər verir ki, ölkənin cənubundakı Guangdong əyalətindəki bir elmi mərkəzində qurulan zavodda təxminən 10 milyon erkək ağcaqanad yetişdirir. Bu ağcaqanadlara ümumiyyətlə həşəratlarda görülən "volbaçiya" bakteriyası yeridilir.
Daha sonra bakteriyanı daşıyan erkək ağcaqanad 3 kvadrat kilometrlik Şazay adasına buraxılır. Zavoddan çıxan erkək ağcaqanadlarla cütləşən dişilər bakteriyaya görə qısırlaşır.
Üsul müəyyən bir müddətdə bölgədəki ağcaqanad sayının əhəmiyyətli nisbətdə azalmasını təmin edir.
"Ağcaqanad zavodunda" Çin və ABŞ-dakı universitetlərdən araşdırmaçılarla yanaşı Çin Xəstəliklərə Nəzarət Mərkəzi və Guangcou Xəstəlik İdarə və Tədbirlər Mərkəzindən mütəxəssislər də çalışır.
Şərhlər