Yuxu zamanı orqanizmdə baş verən proseslər...

01.02.2018 20:16     Maraqlı     2509

İnsan  həyatının 1/3  hissəsini yuxuda keçirir.

Bu qaydaya əməl etməyən insanlar isə özlərinə bir çox xəstəliklər qazanırlar. Bunlardan - endokrin sistem, ürək-damar sistemi, mədə-bağırsaq, psixiki və hətta onkoloji xəstəliklərin adını çəkmək olar.

Niyə? cavab çox sadədir...

Orqanizmə gündəlik olaraq periodik istirahət və profilaktik-təmir lazımdır. Bu prosesslər isə təbiət tərəfindən elə qurulub ki, məhz yuxu vaxtı baş verir. Buna görə günorta istirahəti heç bir zaman gecə istirahətini əvəz edə bilməz.

Bəs gecənin müxtəlif saatlarında orqanizmdə nə prosesslər baş verir:

Saat 22:00. Qanda leykositlərin miqdarı 2 dəfə artır. Bu immun sistemin özünəməxsus yoxlanmasıdır. Bədənin hərarəti azalır və bioloji saat yuxu vaxtı olduğunu siqnal verir.

Saat 23:00. Bədən getdikcə zəifləyir(rahatlaşır), hər bir hüceyrədə bərpaedici prosesslər gedir.

Saat 00:00. Yuxu şüuru ələ keçirir, beyin işləməyə davam edərək gün ərzində aldığı informasiyanı yerləşdirir.

01:00. Yuxu çox həssas olur. Cüzi diş ağrısı və zədələnmiş hər hansı bir sahənin ağrısı yuxunu tam poza bilər.

02:00. Bütün orqanlar istirahət edir. Yalnız, qaraciyər yatmış orqanizmi yığılmış şlaklardan təmizləyir.

03:00. Tam fizioloji yatma vaxtı. Arterial təzyiq ən aşağı həddə, nəbz və tənəffüs zəif.

04:00. Beyin minimal miqdarda qan alaraq, oyanmaya hazır deyil. Lakin, eşitmə qabiliyyəti kəskinləşir, məhz buna görə istənilən səsdən oyanmaq mümükündür.

05:00. Böyrəklər istirahət edir, əzələlər yatır, maddələr mübadiləsi zəifləyir, amma orqanizm artıq oyanmağa hazırdır.

06:00. Böyrəküstü vəz qana adrenalin və noradrenalın hormonun atmağa başlayır ki, bu da, arterial təzyiqi artırır və ürək ritminin daha tez olmasını təmin edir. Şüur hələ yatır, yalnız orqanizm artıq oyanmağa hazırlaşır.

07:00. İmmun sistemin ən  yaxşı anıdır. Oyanmaq üçün ən ideal vaxtdır.

Elmdə  yuxu pozğunluqlarının 10 dan çox növünü aşkar olunmuşdur. Dünya əhalisinin 20%- i yuxu pozğunluğundan əziyyət çəkir.

Yuxusuzluğun səbəblərində biri "Edisson effekti" -dən yaranır. Bu  - evlərdə  həddən çox olan elektrik işıqlanması  deməkdir.  İş ondadır ki, yuxu hormonu olan melotonin , yalnız qaranlıqda ifraz olunur. Axşam vaxtı işıqlı məkanda olmaq, uzun müddət televizor, planşet və digər elektik cihazları bizim yuxu tsiklimizə bir başa təsir edir.

Melotonin ifrazını bərpa etmək nə lazımdır?

- İlk olaraq, stress və normadan artıq işləməkdən uzaq olun.

- Hər gün, bazar günləri daxil olmaqla satt 11 də yatıb, 7-8 arası oyanmağa çalışın. Bunu artıq bir adət halına salın.

- Axşam yeməyinə serotoninlə zəngin olan məhsullar yeyin: pomidor, banan, kərəviz, yulaf və ya duyu sıyığı, balıq.

Serotonin "xoşbəxtlik hormonu" olub, melotoninin istehsalı üçün xammal sayılır.

- Spirtli içki, nikotin və kofeini rasionunuzdan çıxardın.

- Çalışın rasionunuzda B qrup vitaminləri, kalsiy və maqniy çox olsun.

Və ən əsası yatmazdan 1 saat öncə televizor və kompyuter arxasında  oturmayın və yataq otağında heç bir elektrocihaz yanılı saxlamayın.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar