Xərçəngə qarşı yeni dərman hazırlanıb

07.02.2018 11:25     Maraqlı     1839

Amerikalı alimlər xərçəng xəstəliyinə qarşı yeni preparat hazırlayıblar. Gununsesi.info-nun xəbərinə görə, Stenford Universitetinin tədqiqatçılarının preparat  üzərində apardığı  testlər uğurla nəticələnib. Belə ki,  ilk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib.  Preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. 

Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlərin insanlar üzərində də keçirilməsi nəzərdə tutulub.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar