Bədənində üç il qayçı gəzdirdi

05.08.2015 15:12     Maraqlı     1940

Rusiyada 3 il əvvəl qeysəriyyə əməliyyatı olunan Aisina Zindusova kəskin qarın sancıları ilə yenidən xəstəxanaya üz tutub.

Reaksiya.az xəbər verir ki, A.Zindusovanı rentgen müayinəsindən keçirən həkimlər təəccübləniblər.

Belə ki, 3 il əvvəl qeysəriyyə əməliyyatı zamanı 20 santimetr uzunluğunda əməliyyat qayçısı A.Zindusovanın qarnında unudulub.

Lakin 3 il ərzində A.Zindusova özünü normal hiss etdiyini bildirib: “İndiyə qədər özümü normal hiss etmişəm, lakin indi inana bilmirəm ki, 3 il ərzində bu uzunluqda qayçını bədənimdə gəzdirmişəm”.

Hadisə ilə bağlı xəstəxanada araşdırmalara başlanılıb və A.Zindusova xəstəxananı məhkəməyə verməyi düşünür.

 

Şərhlər