Tanrılarının DƏHŞƏTLİ ƏMƏLLƏRİ

05.03.2018 12:44     Maraqlı     2466

Yunan mifologiyası kiməsə sadəcə nağıllar toplusu kimi görsənsə də, dünya incəsənətinə və ümumilikdə bəşəriyyət tarixinə əvəzolunmaz təsir göstərib. Əsrlər boyunca bir çox rəssam yunan əsatirlərindən ilhamlanaraq çoxlu şedevrlər yaradıb. Bundan başqa, miflərin, habelə yunan allahlarının antik filosofların formalaşmasında əvəzsiz rolu olub. Lakin tarixdə Yunan mifologiyası haqqında rəzil faktlar da az deyil.

Hefest

Yunan mifologiyasında onun adı daha çox “babnik” olaraq keçir. Bunun səbəbi isə Hefestin həddindən çox qadınla münasibətdə olmas idi. O, öz arvadı Afroditanı Areslə bir yataqda tutduqdan sonra qəzəblənib onları balıq toruna salır və Olimp Dağında hər kəsə nümayiş etdirir. Öz anasına isə tilsimli qızıldan hazırlanan taxt hədiyyə verir. Qadın o taxta oturduqdan sonra bir daha yerindən qalxa bilmir.

Dionis

Əxlaqsız həyat sürən Dionis Pentheusu aldadaraq meşəyə göndərir və öz anasının onu parçalamasına şərait yaradır. O, eyni zamanda Kral Lucurqsun öz oğlunu qətlə yetirməsinə səbəb olur. Hephaestus kimi onun da həddindən çox fahişələrlə əyləndiyi və seks məclisləri təşkil etdiyi yazılır.

Pan

Hermenin oğlu və meşə tanrısı yunan mifologiyasına görə yer üzünə özü ilə birlikdə bədliklər gətirdiyinə inanılır. Hətta onun çobanlara masturbasiya öyrətdiyinə dair qeydlərə rast gəlinir. Qoyun dərisinə bükülmüş spermaları ay tanrısı Selenaya göndərdiyi barədə də məlumatlar var.

Aid

Persefonanı qaçırıb ona işgəncələr verərək həyatını cəhənnəmə çevirir. O, Persefonanın ölməsinə izn verməyərək onu Tesey və Pirifoyla birlikdə ilanlarla dolu yeraltı dünyaya atıb.

Ares

Afroditanın belə, evli ola-ola yox deyə bilmədiyi tək varlıq. Həyat yoldaşına xəyanət edən Afroditanı qısqandığı üçün tanrı Adonisi öldürür. Aresin minlərlə edam hökmü verdiyinə dair də məlumatlar var. Hətta insanlara o qədər nifrət edirdi ki, Olimp dağındakı taxtını insan dərisindən hazırlatdırmışdı.

Poseydon

Pedofil olub. O, uşaq olmasına baxmayaraq Medusaya təcavüz etmişdi. Öz bacısı Demetraya da təcavüz etmək istəyib. Bacısı ondan qorunmaq üçün özünü dişi ata çevirsə də, Poseydonun hücmundan qurtula bilməyib. Erkək ata çevrilən Poseydon nəhayət, bacısına təcavüz edib. Odisseyanın həyatını cəhənnəmə çevirən Poseydon darıxanda yeraltı təkanlarla yüzlərlə insanı öldürürdü.

Zevs

O, da çoxsaylı məşuqəsi olan tanrılardandır. Sırf Heranı öz əməllərindən uzaq tutub diqqətini dağıtmaq üçün başqa bir mələklə evləndi. Buğaya çevrilərək “Europa”ya təcavüz edən, toyuna gəlməyən ilahələri tısbağaya çevirən, onu təqlid edən gənci ildırımla vurub öldürən Zevs Prometeyin ciyərini hər gün nəhəng bir qartala yedirdirdi. Məşuqələrindən dünyaya gələn övladlarından çox çirkin olanları Olimp Dağından aşağı ataraq öldürürdü.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar