12 yaşlı qız Eynşteyn və Havkinqi geridə qoydu
06.08.2015 08:04 Maraqlı 2238
Albert Eynşteyni və Stephan Havkinqi keçərək İQ testində 162 xal yığan 12 yaşlı Nikola Barr dünyanın ən ağıllı insanları sırasına girdiş Daily Mirrorun xəbərinə görə Essexin Harlov şəhərində məktəbə gedən Barr bu nəticə ilə tanışlarını heyrətləndirib. Bu nəticə onu yaşayan insanlar arasında zəka baxımından ən yüksək səviyyəyə yerləşdirib.
Anası “ Qızım çox çalışqandır, dərsdən sonra dərs oxuma saatlarına qalır. Gələcəkdə isə uşaq həkimi olmaq arzusundadır” deyə bildirib.
Atası isə “Qızımın bu səbəblə mediaya çıxması bizi çox sevindirir” deyib.
Xatırladaq ki, insanlar arasında ortalama zəka səviyyəsi 100-dür. 140 və daha çox olanlar isə dahi kimi xarakterizə olunur.
Şərhlər