Acı bibərlə bağlı bilmədiklərimiz - Zərərlidir yoxsa xeyirli?

06.08.2015 15:40     Maraqlı     2448

Dədə-babadan bizlərə belə təlqin etmişdilər ki, acı bibər sağlamlığa zərərlidir. Və acı bibərin miqdardan artıq qəbul edilməsi orqanizmdə müxtəlif mənfi fəsadlarla nəticələnə bilər. Və elə o səbəbdən də acı bibərdən ancaq xörəklərdə əlavə dadverici ədva kimi istifadə edirdik. Ancaq zaman keçdikcə, tibbdə yeniliklər əldə olunduqca aşkar edildi ki, bu heç də bildiyimiz kimi deyil. Acı bibərin üstünlükləri ilə yanaşı çox sayda müalicəvi əhəmiyyəti mövcuddur. Demək ki, türk, gürcü, meksika xalqlarının öz mətbəxində acıdan çox istifadə etmələri səbəbsiz deyilmiş.

Bu tərəvəz xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Acı bibər ürək üçün çox xeyirlidir. Ürəyin ehtiyac duyduğu qida maddələri ilə zəngin olan acı bibər bədən istiliyini artırır və qan dövranını sürətləndirir. Bundan başqa, qan hüceyrələrinə yapışan toksinləri də təmizləyir. Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Acı bibər qan dövranını sürətləndirir, qan təzyiqini tarazlayır. Tərkibində olan kapsaisin maddəsi xərçəng hüceyrələrinə öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə məsləhət görülür. Araşdırmalar kapsaisinin xərçəng hüceyrələrini apoptosis mərhələsində öldürdüyünü göstərir. Acı bibərlər ağ ciyərlərin bir nömrəli dərmanıdır. Bəlğəmgətiricidir və nəfəs almanı, xroniki bronxiti yüngülləşdirir.

Acı bibər mədə-bağırsağa da yaxşı təsir edir. Bağırsaq hərəkətlərini artıraraq həzmi sürətləndirən acı bibər mədədəki turşuluq və qaz kimi narahatlıqları aradan qaldırır. Antifungal xüsusiyyətlərinə görə acı bibər göbələk problemlərində də təsirlidir. Bundan başqa, tənəffüs yolu narahatlığı çəkən insanlardakı infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.

Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Yerli xalqlar onunla müalicə üsullarına əhəmiyyət verirlər. 

Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər donmadan təsirlənmə dərəcəsini azaldır. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və iz buraxmadan yaxşılaşmasını təmin edir. Acı bibərə allergik reaksiyalarda da müraciət edilir. Baş ağrısı, soyuqdəymə kimi hallarda istifadə edilir. Bundan başqa, ağrıkəsici xüsusiyyəti də olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə təsiri böyükdür.

Araşdırmalardan məlum olub ki, qırmızı bibər yaşıldan çox daha faydalıdır və daha çox qida maddəsi ehtiva edir. Bu tərəvəzlər bişimiş və çiy yeyilir.
Qırmızı bibər asan və rahat şəkildə arıqlamağa kömək edir. Bu tərəvəz bədən istiliyini artırdığı üçün oksigen ehtiyacı yaradar. Bu sayədə arıqlamaq daha asan olur. Bibərlərdə olan bəzi maddələr həm həzmi yaxşılaşdırır, həm də mədə şirəsini tənzimləyir. Qan dövranına müsbət təsir edir və mikrobları öldürür.
Qırmızı bibərin içərisində olan A vitamini gözlərə və immun sisteminə yaxşı təsir edir. B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsisinə təsir edər və zülalın enerjiyə çevrilməsinə köməkçi olar. E vitamini hüceyrələrin ziyan görülməsini mane olar və bu sayədə xərçəng potensialını azaldır. Qırmızı bibərdə C vitamini və kalium da bol miqdardadır. C vitamini immunitet sistemini gücləndirərkən kalium infarkt riskini azaldar.
Qırmızı acı bibərin oynaq agrılarına sakitləşdirici təsiri də var. Acı bibər damarlarda laxtalanmış qanı açır, və ağrikəsici təsir edir.
 

Şərhlər