İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək
09.04.2018 12:08 Maraqlı 1496
Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir.
Qanun layihəsinə əsasən, iş vaxtından sonra işçiyə zəng etməyə çalışan müdir 250 dollar məbləğində cərimələnə bilər.
İşdən sonra işçiyə zəng yalnız fors-major hallarda mümkün ola bilər. Bununla belə, qanun layihəsində qeyd olunur ki, zənglərin sayından asılı olmayaraq işçi telefonu açmamaq hüququna sahib olacaq.
Bu tədbir yalnız dövlət strukturlarının əməkdaşlarına şamil olunmayacaq.
Qeyd edək ki, bu cür qanun Fransada da qüvvədədir.
Şərhlər