İkinci Çeçen Müharibəsi başlayıb

07.08.2015 00:15     Maraqlı     4562

7 avqust İkinci Çeçen Müharibəsinin başlandığı gün kimi tarixə düşüb. 

Reaksiya.az xəbər verir ki, 1999-cu ildə yeni yaradılmış İslam Şurasının sədri seçilən Basayev və Əmir Xəttab iki min mücahidlə Rusiyaya qarşı ikinci savaşa başlayıb.

İkinci rus-çeçen müharibəsi zamanı paytaxt Qroznının müdafiəsində sağ ayağını itirən Şamil silahını yerə qoymayıb. 2002-ci ilin oktyabrında Moskvadakı məşhur “Nord Ost” teatrına hücumdan sonra Məshədovla aralarında konflikt yaranıb. Səbəb Şamilin Məshədovdan icazəsiz, özbaşına hücumu həyata keçirməsi olub.

İki ildən sonra Şimali Osetiyanın Beslan şəhərində orta məktəbə hücumunun təşkilatçılığını da üzərinə götürən Şamilin başına 10 milyon dollar mükafat qoyublar. Məktəbin mühasirəsini dünyaya canlı yayımlayan ruslar dünya ictimaiyyətinin diqqətini çəkərək Basayevin terrorçu obrazını yarada biliblər.

Doku Omarovun köməkçisi vəzifəsində olan Şamil Basayev 2006-ci ilin 10 iyul tarixində İnquşetiyada gedən avtomobil kortejindəki bombanın partlamasından sonra dünyasını dəyişib...

Şərhlər

Çox oxunanlar