Xəzinə 2 milyon dollara satılıb
07.08.2015 10:40 Maraqlı 2353
XVII-XVIII əsrlərdə Florida sahillərində baş verən gəmi qəzalarında itmiş ispan xəzinəsinə məxsus qiymətli kolleksiya hərracda 2 milyon dollara satılıb.
"Reaksiya.az" xarici KİV-lərə istinadla xəbər verir ki, xəzinəni tapan Mel Fişer 1985-ci ildə Nuestra Senora de Atocha adlı ispan gəmisinin qalıqlarını aşkar edib. Gəminin qalıqlarının tapılmasının 30 illiyi münasibətilə “Guernsey's” hərrac evi kolleksiyadan 40-a yaxın əşyanı hərraca çıxarıb.
Satılan əşyalar arasında ən qiymətlisi Santa Marqarita gəmisindən tapılan qızıl qədəh olub. O 413 min ABŞ dollarına satılıb. Zümrüd daşlarla bəzədilmiş çarmıxın qiyməti isə 119 min dollar olub.
Qeyd edək ki, 15 ilə yaxın sürən axtarışlar nəticəsində Mel Fişer 1985 il iyulun 20-də dəyəri təxminən 450 milyon olan xəzinə aşkar edib.
Nuestra Senora de Atocha gəmisi 1622-ci ildə İspaniyaya qayıdarkən güclü qasırğa nəticəsində qəzaya uğramışdı.
Şərhlər