“Resepti olmayan maskalardan istifadə etməyin”

07.08.2015 17:05     Maraqlı     2380

Qadınlar bütün yaşda gözəl görsənir, ancaq bu gözəlliyi qorumaq üçün onlar mütəmadi olaraq gözəlliklərinin qeydinə qalmalıdırlar. Xüsusilə də müəyyən yaşdan sonra bu baxım mütləq hesab edilir.

Mütəxəssislər qadınların gözəlliklərini qorumağın sirrləri barədə mütəmadi olaraq açıqlamalar verirlər.

Son açıqlamalara görə, kətan, kakao, itburnu, hindqozu yağları qoruyucu amillərdəndir.

Kətan yağı arıqlamağa kömək edir, kakao və itburnu yağları dərinin sallanmağının, hindqozu yağı isə saç tökülmələrinin qarşısını alır.

Bu barədə həkim dermatoloq Azər Qocayev “Reaksiya”ya açıqlama verib.

Həkim adını çəkdiyimiz yağlardan düzgün istifadə olunduğu zaman nəticəsinin xeyirli olacağını qeyd edib: “Qida üçün istifadə edilən kakao, kətan, pambıq, zeytun və s. yağlar kosmetik vasitə kimi istifadə edilənlərdən çox fərqlidir. Belə yağların tərkibində heç bir qatqı olmamalıdır”.

Azər Qocayev qadınlara resepti olmayan maskalardan istifadə etməməyi məsləhət görüb.

Şərhlər