Britaniyanın kral ailələrində nikahlar - Ağ gəlinlik paltarı, cüt olmayan cütlər, uşaq kəbinləri və milyardlarla televiziya tamaşaçısı

19.05.2018 13:20     Maraqlı     2200

Şahzadə Henry və Megan Markle-ın toyu Britaniyada kral nikahları arasında sıra ilə ən sonuncusudur

Bu nikahlar və toy mərasimləri müxtəlifliyi ilə fərqlənib - edamlar, uşaqlar arasında kəbindən tutmuş milyardlarla televiziya tamaşaçısının izlədiyi Cambridge hersoqu və hersoqinyasının toyunadək.

Bu yazıda kral nikahlarının ən yadda qalan məqamlarına nəzər salınır.

Ağ rəngli nikah geyimləri

Kraliça Victoria və əri - şahzadə Albert ilə gəlinlik paltarında təsvir olunub.

Fotonu

Kraliça Victoria Britaniyanın ən məşhur monarxlarından biri olmaqla yanaşı eləcə də dünyaboyu milyonlarla insanların keçirdikləri toy mərasimlərinin tərbitatında öz sözünü demiş bir adamdır.

O, taxtaca keçdikdən qısa zamandan sonra 1840-cı ildə şahzadə Albert-ə ərə gedir.

Britaniya kraliçası Victoria-nın hökmranlığı 63 il çəkib və ondan daha uzun müddət Britaniya taxtacında qalan yalnız hazırki kraliça Elizabeth II-dir.

Kraliça Victoria-nın toyu keçirilən dövrdə o vaxtın toy modasında rəngbərəng gəlinlik paltarı dəbdə olduğundan, onun ağ ipək satindən tikilmiş gəlinlik paltarı toy mərasimləri mərasimlərində yeni söz oldu .

O dövrlərdə kraliça Victoria-dan əvvəl də toya ağ rəngli gəlinlik paltarında çıxanlar olmuşdu, lakin Britaniya kraliçasının toy məclisi dünyada geniş işıqlandırılması ağ rəngli gəlinlik paltarının qlobal miqyasda toy modasının yeni dəbinə çevrilməsinə şərait yaratdı.

Qlobal auditoriya

Duke of Cambridge kisses the Duchess of Cambridge on their wedding day.Fotonun müəllifiPA
Image captionCambridge hersoqu və hersoqinyası Buckingham sarayının eyvanında pərəstişkarları və tamaşaçılar qarşısında öpüşürlər.

Şahzadə William və Catherine Middleton-un toyu o dərəcədə böyük maraq doğuran bir hadisəyə çevrildi ki, "gəlin rəfiqəsi" rolunda toyda iştirak edən Catherine Middleton-un bacısı Pippa dərhal beynəlxalq səviyyəli məşhura çevrildi.

2011-ci ildə keçirilmiş həmin toyu medianın verdiyi məlumata görə, dünyaboyu 2 milyard tamaşaçı izləyib.

Bu rəqəmin doğru olub-olmamasından asılı olmayaraq, aydındır ki, Şahzadə William və Catherine Middleton-un toyunu izləyənlərin sayı şahzadə Charles ilə Ledi Diana Spencer-in toynu izləmiş 750 milyon (yenə də, təxmin olunduğuna görə) tamaşaçının sayından, hər halda, çox olub.

Minimum romantiklik

Kraliça I MaryFotonun müəllifiGETTY IMAGES
Image captionKraliça I Mary İngiltərədə katolisizmi yaymaq üçün sülaləsini davam etdirmək arzusunda idi və bunun üçün uşaq doğmaq istəyirdi.

Müasir dövrdə kral nikahları məhəbbətdən başlaya bilərsə də, bir neçə əsr bundan əvvəl bu siyasi ittifaq və sxemlər qurulmasına hesablanmış taxtac oyunlarına daha çox bənzəyirdi.

1554-cü ildə İngiltərə kraliçası I Mary İspaniya kralı II Philip ilə evlənəndə cütlük ölkələrinin nüfuzunun artacağına və Avropada Roma katolisizminin güclənməsinə ümid edirdi.

I Mary nikahdan cəmi 4 il sonra vəfat etdi.

Ölümündən əvvəl Philip onu sonuncu dəfə 1 il əvvəl görmüşdü.

Bu nikahın ailə həyatı üçün yox, siyasi məqsədlər üçün bağlandığı sirr deyildi.

Bir müddət sonra Philip İngiltərəni işğal edib orada kral olmağa cəhd göstərmişdi.

Qənaətçilik toyu

Group wedding photo for Princess Elizabeth and Prince PhilipFotonun müəllifiGETTY IMAGES
Image captionKraliça Elizabeth-in əri şahzadə Philip İkinci Dünya müharibəsi dövründə Britaniya Kral Donanmasında xidmət edib.

Kraliça II Elizabeth-in Edinburgh hersoqu ilə toyu mühüm dövlət tədbiri kimi Londonun Westminster abbatlığında təşkil edildi.

Toya bütün dünyadan krallar və kraliçalar da daxil olmaqla, 2000-dək qonaq dəvət olunmuşdu.

Toy 1947-ci ildə keçirildiyi zaman Britaniya İkinci Dünya müharibəsindən sonrakı ərzağın və digər malların əhaliyə qənaətçilik normaları əsasında verilməsi dövrünü hələ yaşamaqda idi.

O cümlədən parçalar da talonlarla vətəndaşlara verilirdi.

Odur ki, o zaman hələ şahzadə titulunda olan Elizabeth də gəlinlik paltarını aldığı talonların payına düşən parçadan tikdirməli idi.

Lakin kral ailəsinə mənsubluq müəyyən imtiyazlar təmin etdiyindən hökumət şahzadə Elizabeth-ə əlavə 100 talon ayırmışdı.

Ən çox evlənən

VIII HenryFotonun müəllifiGETTY IMAGES
Image captionBirinci arvadından boşanaraq VIII Henry İngiltərə Kilsəsinin protestantlığa üz çevirməsinə təkan vermiş oldu.

VIII Henry İngiltərə monarxları arasında ən çox evənənidir.

Onun birinci nikahı qardaşının dul arvadı Araqonlu Catherine ilə 1509-cu ildə bağlanıb.

Ona oğul yox, qız doğdugundan sonra Araqonlu Catherine boşadıldı. Bunun ardınca İngiltərənin Roma Katolik Kilsəsilə yolları da ayrıldı.

Sonra Henry Anne Boleyn ilə evləndi, onun da doğduğu övlad qız çıxdı, bir müddətdən sonra Anne Boleyn uydurma zina ittihamı ilə edam olundu.

Onun növbəti arvadı Jane Seymour nəhayət kral üçün oğul doğdu, lakin doğuşdan bir müddətdən sonra Jane Seymour vəfat etdi.

Bundan sonra Henry Almaniyanın protestant əsilzadələrin rəğbətini qazanmaq məqsədi ilə Anne of Cleeves ilə evləndi, 6 aydan sonra isə onu boşadı.

50 yaşına yaxınlaşanda Henry-nin növbəti arvadı yeniyetmə yaşlarında olan Catherine Howard oldu, lakin 2 ildən sonra o, edam olundu.

VIII Henry sonuncu nikahını Catherine Parr ilə bağlayıb, bu nikah kralın 1547-ci ilədək. Yəni, kralın ömrünün sonunadək davam edib.

Ən feminist

The Princess of Wales in her wedding dress on her wedding dayFotonun müəllifiPA
Image captionWales şahzadəsi Diananın gəlinlik paltarının şleyfi 8 metr uzunluğunda olub.

Şahzadə Charles ilə Ledi Diana Spencer-in 1981-ci ildə toyu bir neçə səbəbdən yaddaqalan oldu - Diananın gəlinlik paltarının şleyfinin uzunluğu 8 metr etdi - bu, kral toylarına geyilən ən uzun şleyfi gəlinlik paltarı i

Digər tərəfdən, Diananın gəlinlik paltarının qiyməti də ən bahalı idi - 100 milyon dollardan da baha.

Lakin, eyni zamanda, bu toy feminist jestləri ilə də yadda qaldı - ilk dəfə idi ki, gəlin ərinə "tabe" olacağı barə vəd verməmişdi.

Wales şahzadəsi Diana şahzadə Charles-in kral olmaq qabiliyyətini, onun ailəsini və müşavirlərini tənqid edəndən sonra 1992-ci ildə ərindən ayrıldı.

O, eləcə də zina etdiyini etiraf etdi.

Bütün dünyada məşhurlaşmış Wales şahzadəsi, 1996-cı ildə boşandıqdan sonra 1997-ci ildə avtomobil qəzasında öldü.

Ən gənc

1328-ci ildə 7 yaşlı Joan of the Tower ilə kəbini kəsiləndə Şotlandiya kralı II David-in 4 yaşı olub.

Kəbin kəsilərkən David kral deyil idi, bu ada o, 5 yaşında layiq görüldü.

Onun arvadı ilə nikahının siyasi zəminini İngiltərə ilə Şotlandiya arasında imzalanmış sülh müqaviləsi təşkil edirdi.

Bir neçə ildən sonra kral David arvadının qardaşı tərəfindən idarə olunan İngiltərəyə hücum çəkdi.

O, İngiltərədə əsir düşərək 11 il ərzində əsirlikdə saxlanıldı və azadlığa çıxandan sonra heç zaman bir daha arvadını görmədi.(bbc)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar