Facebook statusuna görə ağır cəza

08.08.2015 02:15     Maraqlı     2276

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandda 48 yaşlı kişi facebookda ölkənin kralı haqqında təhqiredici status yazdığı üçün 30 illik həbs cəzası alıb.

Tayland Cinayət Məcəlləsinin 112-ci maddəsinə görə kral və ailəsi haqda təhqiredici hər yazı üçün 15 ilə qədər həbs cəzası verilə bilir. Ancaq 30 illik həbs indiyə qədər verilmiş ən ağır cəzadır.

Banqkok Hərbi məhkəməsi Ponqsak Sribunpengi paylaşdığı 6 yazı və şəklə görə günahkar bildi və hər paylaşıma görə 10 il cəza verərək, ümumilikdə 60 illik hökm oxudu. Ancaq təqsirləndirilən şəxs etdiyi hərəkətdən peşman olduğu üçün cəzası 30 ilə endirildi.

 

Şərhlər