Yumurtanın xeyri və ziyanı...
23.05.2018 18:26 Maraqlı 2655
Toyuq yumurtası daim çox xeyirli məhsul sayılıb, lakin müasir dövrün insanları xolesterinin ziyanı haqda düşündükdən, yumurtanın ziyanlı tərəflərinin daha çox olduğunu düşünməyə başlamışlar.
Bununla da, yumurtanın gündəlik istifadəsinin ziyanlı olduğu irəli sürülür. Bu düşüncələri nəzərə alıb, yumurtanın xeyri və ziyanını tərəziyə qoyub, hansı variantın daha həqiqi olduğunu anlamağa çalışaq...
Mənfi arqumentlərdən birincisi yumurta sarısının tərkibində olan xolesterindir. Məhz buna görə sağlam həyat sürən insanların çoxu yumurtadan imtina etmişdir. Yalnız, bir çox alimlərin iddiasına görə, gündə 1 yumurta yemək normal sayılır və bu miqdarda olan xolesterin orqanizmə ziyanlı sayılmır.
İnkinci mənfi arqument uşaqlarda olan allergiya və yumurtada olan salmonella bakteriyası. Bildiyimizə görə allergiya ya 5-7 yaşdan sonra keçir və ya ömürlük qalır. Təbii ki bu müddətə qədər istifadəni saxlamaq məsləhətlidir. Salmonella bakteriyasına gəldikdə isə, ona qarşı toyuqlara peyvəndlər vurulmalıdır. Həmçinin məhz yumurtadan salmonella bakteriyası qazanmamaq üçün bir sıra profilaktik tədbirlər vardır. Birincisi, yumurtanı çiy halda və ya az bişmiş halda yeməmək, hazırlanmadan öncə yaxşı yumaq, qabığı çartlamış yumurtanı bişirməmək və yumurtaya toxunduqdan sonra mütləq əlləri yumaq.
Mənfi arqumentləri sadaladıqdan sonra, müsbət tərəflərinə nəzər yetirək.
Məlumdur ki, yumurta müxtəlif xeyirli komponentlərlə zəngindir : zülal, vitamin, minerallar və antioksidantlar. 1 yumurta gündəlik zülal normasının 12%-14% təşkil edir və tərkibinə həmçinin amin turşuları da aid edilir. Vitaminlərə gəldikdə isə, A, D, E, B3, B12, fol tuşusu və xolin aiddir. Həmçinin yod, sink, kalsiy, maqniy, dəmir və fosfor kimi mineral və mikroelementlər də vardır. Toyuq yumurtasının tərkibində həmçinin selen antioksidantı da vardır.
Bundan belə bəlli olur ki, yumurta yeməklə biz, ürək -damar sistemi xəstəlikləri və qadınlarda döş xərçənginin yaranma təhlükəsini azaltmış oluruq. Toyuq yumurtasında olan madəllər həmçinin saçların qorunması, dərinin qidalandırılması, kəpək və qırışlarla mübarizə aparılması, diş və sümük toxumasının bərkidilməsi, piy və xolesterinin istifadə olunmasına səbəbdir.Bundan əlavə isə görmə qabiliyyətinə yaxşı təsir göstərən bu məhsul, qidalı və azkalorilidir.
Bu məlumatlardan bəlli olur ki, yumurtanı normal sayda yedikdə əsas mənfi arqument olan xolesterin problemi də problem sayılmır... (Sağlamolun)
Şərhlər