Bir şüşə şərab 120 min dollara satıldı
27.05.2018 12:32 Maraqlı 1565
1774-cü il istehsal tarixi göstərilən şərab Fransanın şərqində hərracda 120 800 dollara satılıb.
Nadir sayılan butulkadakı sarı şərab (vin jaune xüsusi növ turş ağ çaxır) Yura departamentində istehsal olunmuşdur. Onun hazırlanması üçün istifadə olunan üzüm Kral XVI Lüdovikin hakimiyyəti illərində yığılmışdır.
Hərracda bu kolleksiyadan olan daha iki şüşə satılıb: biri 73 200 avroya, digəri isə 76 250 avroya.
Hər birinin tutumu 0,87 L olan üç butulka şərab Anatolya Versel şərab həyətində istehsal olunub.
Bu şərablara iki yüz il yarım ərzində şərab paytaxtı hesab edilən Yurada, şərabı istehsal edənin Arbua şəhərində yaşayan nəslindən olanlar malik olublar. Bu şərablar planetdə mövcud olan şərabların ən qocamanlarından biri sayılır.
Alıcılar kanadalılar, həmçinin hansısa amerikalı üçün alan və Fransada əlaqələri olan anonim alıcı olub.
Şərhlər