Dənizdən 18 milyard dollarlıq xəzinə tapılıb

27.05.2018 13:58     Maraqlı     1401

Avropaya gedən gəmi Karib dənizində batırılıb və üç əsr boyunca suyun altında qalıb

 2015-ci ildə tapılan xəzinə ilə dolu gəminin üzərində aparılan araşdırma başa çatıb.

Mütəxəssislər onun İspaniya donanmasına aid “San Jose” adlı gəmi olduğunu təsdiqləyiblər.

Məlumata görə, sözügedən gəmi 1708-ci ildə Amerika qitəsindəki xəzinəni Avropaya daşıyarkən Karib dənizində batırılıb və üç əsr boyunca dənizin altında qalıb.

“San Jose”-nin qalıqları arasında tarixin ən böyük xəzinəsi tapılıb. Qızıl və digər əşyalardan ibarət olan xəzinənin hazırkı ümumi dəyərinin 4-18 milyard dollara bərabər olduğu bildirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar