Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi
29.05.2018 11:49 Maraqlı 1678
Edinburq Universitetindən olan astrobioloq Şon MakMexonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu iddia edib ki, Marsda qurumuş göllər yaxınlığındakı ərazinin dəmirlə zəngin olması milyard il əvvəl yaşamış mikroorqanizmlərin izlərinin araşdırılması üçün əlverişli yerdir.
Hazırda Marsın yaşayış üçün yararlı olması ilə bağlı sübut olmasa da, məlumdur ki, nə vaxtsa burada həyat şərtləri üçün əlverişli mühit olub. Aparılan müşahidələr onu göstərir ki, burada qurumuş su hövzələri və çay yataqları var.
Burada su 4100-3500 milyon il bundan əvvəl mövcud olub.
Mütəxəssislər Marsda mikroorqanizmlərin araşdırılması üçün əlverişli yerləri müəyyən ediblər. Bunlardan biri dəmirlə zəngin qurumuş göl yataqlarıdır. Digəri isə hələlik təsdiq olunmamış qaynar mənbələrdir.
2020-ci ildə NASA “Mars Exploration Program” uzunmüddətli proqramı çərçivəsində “Mars 2020” missiyasını buraxacaq.
Şərhlər