Dövlət rəhbərləri harada istirahət edir - Fotolar
08.08.2015 14:17 Maraqlı 3298
Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama illik məzuniyyətini keçirmək üçün ailəsi ilə birgə Massaçusets ştatı sahillərində, Atlantik okeanında yerləşən Marta-Vinyard adasına yollanıb. Prezident həyat yoldaşı Mişel və qızları Mali və Saşa ilə avqustun 8-dən 23-nə dək bu adada olacaq. Obama məzuniyyəti üçün Marta-Vinyard adasını artıq 6-cı dəfədir ki, seçir.
Görəsən digər ölkələrin rəhbərləri istirahətlərini harada keçirirər?
Rusiya prezidenti Vladimir Putin əsl vətənpərvərdir. O məzuniyyətlərini adətən Rusiyada keçirir. Vladimir Putin əsəblərini sakitləşdirmək üçün balıq tutmağa üstünlük verir. Rusiya Federasiyasının Tuva Respublikasını ovçuluq və balıqçılıq üçün ən gözəl məkan sayan Putin 2013-cü ilin iyul ayında məzuniyyətinin bir hissəsini məhz burda keçirib.
1991-ci ildən ölkəyə rəhbərliyi əldən verməyən Qazaxıstan prezidenti Nursultan Nazarbayev yay tətilini keçirmək üçün bu il də Türkiyənin Bodrum şəhərinə gedib. Qaldığı oteldə bol-bol yürüyüşə çıxan prezident axşam boş zaman olduqda qolf oynayır.
Amma Belarusun prezindenti Aleksandr Lukaşenko əsl çalışqandır. Məlum olub ki, o demək olar ki məzuniyyətə çıxmır.
Şimali Koreya lideri Kim Çen In istirahətini öz şəxsi adasında keçirir. Xarici mətbuatın yazdığına görə, gənc siyasətçiyə məxsus olan ada Havay adalarını xatırladır. Ancaq Havay adalarından fərqli olaraq bu adada yalnız Kim Çen In və onun ən yaxın ətrafı istirahət edə bilər.
Almaniya kansleri Angela Merkel məzuniyyət vaxtı sakit bir məkana çəkilməyi sevir. Xanım siyasətçi məzuniyyətinin çoxunu öz həyat yoldaşı ilə birlikdə İtaliyada keçirir. Bu il o İtaliyanın Alp dağlarında dağa dırmanmağa gedib.
Böyük Britaniyanın baş naziri Devid Kemeron istirahət üçün bu il Portuqaliyanın cənub-qərb sahillərinə üstünlük verib. Sadəliyi ilə fərqlənən britaniyalı baş nazir xanımı ilə birgə adi insanlar kimi alış-veriş də ediblər. Bundan başqa bir müddətliyə qaynatasının Şotlandiyanın Yura adasında yerləşən mülkünə gedib.
Şərhlər