Bu qız bir ilə 10 dəfə qocalır
08.08.2015 16:11 Maraqlı 2603
18 yaşlı qız 114 yaşlı qocaya bənzəyir.
ABŞ-da yaşayan yeniyetmə qız nadir xəstəlikdən əziyyət çəkir. "Reaksiya.az" xəbər verir ki, 18 yaşlı gənc bir ildə 10 qat sürətlə qocalır.
Roşelle Pundare genetik xəstəliyə görə indi 114 yaşlı qarı kimi görsənir.
ABŞ-da yayımlanan "Body Bizarre" adlı proqrama qonaq olan qız ölkəni görünüşü ilə təəcübləndirib. Belə ki, onun bu xəstəliyə görə, nə boyu uzanıb, nə də inkişafı normal olub. İndi 18 yaşlı Roşellenin qırışmış dərisi onun yaşından dəfələrlə yaşlı görünməsinə səbəb olur.
"Progeria" adlı xəstəlikdən əziyyət çəkən qız ailənin 8-ci övladıdır. Onun saçları hələ iki yaşı olanda tökülüb. Bundan beş il sonra isə dərisi qırışmağa başlayıb. Hələlik, həkimlər belə qızın dərdinə heç bir çarə tapa bilmirlər.
Ailəsi onun bundan sonra sağalacağına ümidsizdir.
Roşella bu nadir xəstəlikdən əziyyət çəkən ilk insan deyil. Böyük Britaniyada yaşlı qadına bənzəyən 17 yaşlı gənc bir müddət öncə həyatını itirib. Heyli Okins adlı qız çox nadir genetik xəstəlikdən əziyyət çəkib. Buna görə də onun 17 yaşı olsa da, bədəni 104 yaşlı qoca qadın bədəninə bənzəyirdi.
Rusiyada isə 20 yaşlı Yekatrina Nejenseva əziyyət çəkdiyi sindromla mübarizə apararaq qalib gəlməyi bacarıb. O, silsilə əməliyyatlardan sora qırışan dəridən xilas olub və ailə qurub.
Xəstəliklə mübarizə yolları bəlli olmasa da, bir müddət öncə İspaniyanın Ovyedo universitetinin alimləri apardıqları yeni təcrübə zamanı təsadüfən hüceyrələri daha uzun müddət canlı saxlamağın yollarını tapa biliblər.
Şərhlər