Sağlam olmaq üçün səhər tezdən oyanmalıyıq?
22.06.2018 13:42 Maraqlı 1263
Səhər tezdən oyananlar və gec oyananlar arasında aparılan araşdırma gec yatanlar üçün çox da parlaq olmayan nəticələr əldə edib.
Chronobiology International adlı elmi jurnalın araşdırmasına görə, gecə gec yatanlar səhhətində daha çox problem yaşayır.
Bəs, doğrudan da gec yatmaq pis şeydirmi və bundan əl çəkərək səhər tezdən oyanmalıyıq?
"Sosial jetlag"
Bu, işləyən hər bir kəsin yaşadığı ssenaridir.
Yuxuya getməyə çalışdıqdan sonra saatın zəngi ilə ləzzətli yuxudan oyanıb yataqdan qalxmaq məcburiyyətində qalmaq. Həftəsonuna doğru yuxusuzluqdan əldən düşüb sonra da itirilmiş yuxuları bərpa etməyə çalışmaq.
Bu normal səslənə bilər, ancaq bu, həm kifayət qədər yatmadığınızı, həm də "Sosial jetlag" (yuxu sərsəmliyi) yaşadığınızı göstərir.
Sosial jetlag bu baxımdan həftə içindəki yuxu səviyyənizlə həftəsonundakı yuxunuz arasındakı fərq mənasına gəlir.
Sosial jetlag nə qədər böyük olsa, ürək xəstəlikləri riski və metabolizm problemləri kimi sağlamlıq problemləri də bir o qədər böyük olur.
Almaniyanın Munich şəhərində xronobiologiya professoru Till Roennebergin fikrincə, gecə gec yatan insanlar, xüsusilə də səhər gec oyananlar erkən oyananlara nisbətən daha böyük tibbi problemlərlə üz-üzədirlər.
Məktəblərin və işlərin böyük qismi səhər saatlarında başladığı üçün gecə gec yatanlar səhər tezdən günə başlamalı olurlar.
Şərhlər