Yarım milyon qızılgüldən piramida - VİDEO

19.07.2018 20:27     Maraqlı     1162

Ekvadorun Pedro-Monkayo şəhərində yarım milyon qızılgüldən piramida ucaldılıb.

Reaksiya.az xəbər verir ki, heykəltəraşlıq əsəri metal şəbəkəli karkas üzərində düzəldilib və şəbəkənin oyuqlarına qızılgüllər yerləşdirilib. Piramidanın sahəsi min kvadratmetrdən çoxdur.

Şəhər merinin sözlərinə görə, yerli əhali 30 ildən çoxdur qızılgül yetişdirir. Onlar bu piramida vasitəsilə qızılgüllərinin dünyada ən yaxşı olduğunu sübut etmək istəyirlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar