Müalicə edilən qutan təbiətə qovuşdu

10.08.2015 01:53     Maraqlı     2107

Dənizlidə tüfənglə yaralanan və Burdurdakı reabilitasiya mərkəzinə gətirilən qutan, müalicəsinin ardından təbiətə buraxılıb. Dənizlinin Çardak məhəlləsi yaxınlığındakı Acıgöldə vətəndaşlar tərəfindən yaralı halda tapılan qutanın müalicəsi Lisinia Çöl Həyatı Qoruma və Reabilitasiya Mərkəzində tamamlandı. Qutan Salda gölündə üzərinə lavanda bitkisi qoyularaq təbiətə buraxılıb. Bir miqdar lavanda da gölün üzərinə tökülüb. Təbiət Qoruma və Milli Parklar 6-cı  Region Müdirliyi Burdur Şöbə Müdiri Tamer Yılmaz, təbiətə edilən mənfiliklərə qarşı mübarizə apardıqlarını bildirərək, "Sulu sahələr, qoruma sahələri və çöl həyatına bir çox mənfi təsir gündəmdədir. İnsanların bu mövzularda həssas olması, təbiəti və çöl həyatını düşünməsi lazımdır. Bu günü deyil,sabahı da düşünərək hərəkət etməli, uşaqlarımızı da bu şüurla böyütməliyik"deyə danışdı. Mərkəzin məsulu baytar həkim Öztürk Sarıca da ovçular tərəfindən vurulan qutanın çox sürətli bir yaxşılaşma müddəti keçirdiyini ifadə etdi. Qutanı müalicəsini tamamladıqdan sonra yenidən suya qaytardıqlarını deyən Sarıca, "O, suya adaptasiya oldu. Qidalanmaya başlayacağını düşünürük. Ancaq ovçular bundan sonra atəş açdıqları şeylərə çox diqqət etməlidirlər" dedi.

Şərhlər