50 il sonra Tokioda çimərlik - FOTOLAR
10.08.2015 03:29 Maraqlı 2615
Əlli il sonra bu mənzərəni görmək hardasa imkansız idi. Uşaqlar Tokio körfəzinin sahilində əylənir. İyul ayının ortasında paytaxtda fəaliyyətə başlayan ilk rəsmi çimərlik avqustun sonuna qədər həftə sonları və bayram günləri açıq qalacaq. Təbii ki, suyun keyfiyyəti buna imkan verərsə. Çünki dəniz suyu illərdir ki, burada çirklidir. Gözəl, ancaq çirkli Tokio körfəzi Yaponiyanın böyük sənayeləşmiş sahələrindəndir və iki böyük sənaye mərkəzi arasında yerləşir. Xüsusilə müharibədən sonrakı vaxtda burada tikilən fabriklər tullantılarını birbaşa dənizə axıdır. Hökumətin nəzarəti nəticəsində vəziyyət son illərdə nisbətən düzəlib.
Suyun çirkli olmasına görə 60-cı illərdə üzmə qadağası tətbiq olunub. Sonuncu çimərlik də bağlanıb. Yay aylarında ortalama istilik 30 dərəcə olur. Son iki ildə isə bu rəqəm 40 dərəcəyə yüksəlib ki, bu da xeyli insanın ölümünə səbəb olub.
Əhali çimərlik olmadığından Tokionun cənubundakı Kanaqava çimərliyinə getməyə məcbur olurdu. Bu da sıxlığa səbəb olurdu. Hətta isti havalarda sərinləmək istəyənlər Tokiodakı Toşiman Əyləncə Parkı kimi hovuzlara getməyi də seçirlər. Burada da insan sıxlığı yaşanır. 2013-cü ildə bəzi günlərdə hovuzlarda üzmək istəyənlərin sayı 13 min olmuşdu.
İndi Kasai Rinkai çimərliyi xalqın istifadəsindədir. Bura giriş pulsuzdur. Indilik üzmək üçün nəzərdə tutulan yer 150 metrdir. Suyun təmizlənməsi istiqamətində işlər görülür.
Şərhlər