Pivə içənlərin nəzərinə - Sonsuzluq yaradır
10.08.2015 06:14 Maraqlı 2513
İngilis alimlərinin apardığı araşdırmalara görə pivədəki estrogen, spermanın təsir gücünü zəiflədir; kişilərin döllənmə qabiliyyətini azaldır. Reaksiya.az xəbər verir ki, çatışmazlıqlar baxımından bu günə qədər ancaq şişmanlıq yaratdığı hesab olunan pivənin kişilərin cinsi zəifliyində də əhəmiyyətli rol oynadığı ortaya çıxıb. İngilis alimləri pivənin kişilərin dölləmə qabiliyyətini azaltdığını müəyyən ediblər. Londondakı King'S Collegenin alimlərindən professor Lyonn Fraserin apardığı araşdırmanın sonunda ortaya çıxıb ki, pivədə olan böcək dərmanı və boya kimi maddələrin əsas rəhni sayılan estrogen spermanın qadın bədəni içindəki davranışlarını dəyişdirir. Buna görə, həmin estrogenlərdən təsirlənən spermalar vaxtından əvvəl "böyüyür" və təsirini itirir. Spermalar yumurtaya çatıb təmasa keçdikləri an, yumurta divarını deşmək üçün bəzi "deşici" fermentlər ifraz edirlər. Pivədəki estrogen spermaların yumurtaya çatmadan həmin fermentləri ifraz etməsinə səbəb olur. Bu da deşici fermentlərdən məhrum olan spermanın yumurta divarını deşməsini çətinləşdirir və nəticədə sonsuzluq ortaya çıxır.
Şərhlər