Dünyanın ilk kəllə nəqli reallaşdırılıb
05.06.2015 11:41 Maraqlı 1462
ABŞ-da dünyanın ilk qismən kəllə və baş dərisi nəqli müvəffəqiyyətlə reallaşdırılıb. 15 saat davam edən bir əməliyyatla bir donordan alınan kəllə və baş dərisi başqa bir xəstəyə nəql edilib.
MD Anderson Xərçəng Mərkəzi və Houston Metodist Xəstəxanasından olan həkimlər verdikləri açıqlamada ilk dəfə ABŞ-da keçirilən 15 saat davam edən bir əməliyyatla bir donordan alınan kəllə və baş dərisinin başqa bir xəstəyə nəql edildiyini bildiriblər.
Həkimlər, müalicə aldığı xərçəng xəstəliyi ucbatından başında sağalmayan böyük bir yara olan 55 yaşındakı Jim Boysen adlı xəstəyə 22 mayda qismən kəllə və baş dərisi nəqli edildiyini bildiriblər.
Proqram mütəxəssisi Jim Boysen, keçirdiyi əməliyyatdan sonra verdiyi reportajda, "Həqiqətən çox qeyri –adi bir vəziyyət idi. 21 yaşımdakı halımdan daha çox saça sahibəm" – deyib.
Uşaqlıqdan şəkər xəstəsi olan Boysen, 1992-ci ildə böyrək və pankreas nəqli əməliyyatı keçirdiyini və o zamandan bəri nəql edilən orqanların bədən tərəfindən rədd edilməsinin qarşısını almaq üçün dərmanlar istifadə etdiyini bildirib. Boysen, illərcə xərçəngə tutulma riskini artıran immunitet sistemini aşağı salan dərmanlardan istifadə etdiyini və əzələ toxuması xərçəngi xəstəliyinə tutulduğunu qeyd edib.
Kəllə nəqli əməliyyatından sonra, başqa bir əməliyyatla Boysena böyrək və pankreas nəqli edildiyini bildirən həkimlər, Boysenin vəziyyətinin yaxşı olduğunu deyiblər.
Hollandiyalı həkimlər keçən il tibb tarixində bir ilkə imza ataraq 3D vasitəsi ilə hazırlanan kəllə protezini bir xəstəyə müvəffəqiyyətlə köçürmüşdülər.
Şərhlər