Burada xəstələnmək qadağandır
10.08.2015 07:27 Maraqlı 2091
Əhalisi getdikcə azalan və yaşlanan İtaliyanın Kalabriya bölgəsindəki Sellia qəsəbəsində bələdiyyə sədri xəstələnməyi qadağan edib.
İtaliyanın ən kasıb bölgələrindən olan Kalabriyada yerləşən Sellia qəsəbəsində gənclərin daha yaxşı həyat səviyyəsi üçün başqa yerlərə köçməsi və doğum faizinin azalması nəticəsində əhalinin sayı sürətlə azalır.
1960-cı illərdə təxminən 1300 nəfərin yaşadığı qəsəbədə bu gün insan sayı təxminən 500 nəfərdir. Hər 10 nəfərdən də 6-ın yaşı 65-dən çoxdur.
BBC-nin məlumatına görə Sellia bələdiyyə sədri David Ziçinella əhalinin azalmasının qarşısını almaq üçün bir qanun tətbiq etməyə başlayıb. “ Xəstələnmə qadağası” qanununda əhalidən özlərinin və yaxınlarının sağlamlığını qorumaq tələb olunur. Qəsəbə xəstəxanasında davamlı müayinə olunanlara müxtəlif vergi güzəştləri edilir. Özü də həkim olan bələdiyyə sədri Ziçinella İtaliya mətbuatına verdiyi açıqlamada “ Vətəndaşlarımızın öz sağlamlıqlarının qeydinə qalmaları üçün bu variantı düşündük. Əməl etməyərək özünün və başqalarının sağlamlığını riskə atanlar əlavə vergi ödəyəcək” deyə bildirib. Sədr “ Beləliklə həm vətəndaşların qeydinə qalırıq, həm də əhali azalmasının qarşısını alırıq.
İtaliyada sadəcə Selliada deyil, bütün ölkədə əhalinin yaşlanması problemi var. Xalqın 20 %-inin yaşı 65-dən çoxdur. Doğum hallarının da azalması artım sürəti azalır. Statistikaya görə 2014-cü ildə doğulanların sayı öncəki illə müqayisədə 12 min nəfər azalıb.
Şərhlər