Gözünü sevən yesin

05.06.2015 12:11     Maraqlı     1353

İspanaq, brokoli, qabıqlı yemiş kimi E vitamini baxımından zəngin yeməklər katarakt riskini azaldır. Çindəki Çingdao Universitetində alimlər təxminən 250 mininsanın iştirakı ilə aparılan E vitamini və katarakt arasındakı əlaqəni araşdıran 27 araşdırmanı dəyərləndirib. Alimlərin araşdırması, E vitamini baxımından zəngin yemək yeənlərin yaşla bağlı katarakt riskinin 27% - ə kimi düşdüyünü ortaya qoyub.

 

Gündəlik e vitaminindən istifadə qoruyur

 

Araşdırmaya imza atanlardan Dr. Yüfey Cang, yaşla bağlı kataraktın gündəlik alınan E vitaminin 7 milliqram artırılmasının qoruyucu təsir təmin etdiyini isbatladıqlarını vurğulayıb. Araşdırmanın nəticələri "Public Health Nutrition" jurnalında dərc olunub. E vitamini soya paxlası, qabıqlı yemişlər, quru paxla, toxumlar, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, avokado ilə günəbaxan və qarğıdalı yağı kimi qidalarda mövcuddur.

Katarakt, gözün içindəki təbii linzanın şəffaflığını itirməsi və görmənin azalması ilə nəticələnən bir göz xəstəliyidir. 90% yaşlı insanlarda ortaya çıxan xəstəlik dünyada müalicə edilə bilən korluq səbəblərinin başında gəlir.

Şərhlər