Kosmonavtlar "kosmik kahı"nın dadına baxacaq
10.08.2015 12:51 Maraqlı 2380
Beynəlxalq Kosmos Stansiyasının (UUİ) ekipajı bir ilkə imza ataca. İlk dəfə olaraq kosmosda yetişdirilən kahı qablaşdıraraq dondurulmuş halda dünyaya göndəriləcək.
“Reaksiya” xəbər verir ki, kosmos stansiyasında çalışam astronavt və kosmonavtlar bu gün ilk kosmik kahının dadına baxacaq.
Kosmosdan göndərilən yeyilməzdən sterilləşdiriləcək. Daha sonra bərabər hissələrə bölünərək ekipaj üzvlərinə təqdim ediləcək.
UUİ-də yetişdirilən digər kahılar da qablaşdırılaraq təhlil edilməsi üçün dünyaya göndəriləcək. Keçiriləcək təhlillərdə yerin cazibə qüvvəsinin olmadığı şəraitdə yetişdirilən tərəvəzlərin nə qədər doyurucu olduğu müəyyənləşdiriləcək.
Beynəlxalq Kosmos Stansiyasında bir illik xidmət edən NASA astronavtı Skot Kelly iyulun 8-i kahını əkib. Veg-01 adı verilən tərəvəz qırmızı, yaşıl və mavi LED işıqları altında 33 gündə yetişdirilib. Qırmızı və göy işıqlar bitkidə fotosintez prosesinin baş verməsinə, yaşıl işıq kahının təbii rəngini itirməməsi üçün istifadə edilib.
Qeyd edək ki, NASA kahının ilə astronavt və kosmonavtları doydurmayacağını, ancaq kosmosda bərpa olunan qida sistemlərinin qurulması üçün böyük addım olduğunu. Sözügedən sistemlər bir gün Mars və digər planetlərdə yeyinti istehsalında oksigen mənbəyi olacaq.
Şərhlər