"İt xəstəliyi müəyyən edə bilməz"
10.08.2015 15:50 Maraqlı 3145
“Reaksiya.az” xarici KİV-lərə istinadən xəbər verir ki, 6 aylıq təlimdən keçən itlərin xərçəng xəstəliyinə tutulan insanları müəyyənləşdirmək ehtimalı 93 faizdir.
İtlər xərçəng xəstələri qarşısında oturub gözləyirlər, sağlam insanların isə önündən dayanmadan keçirlər.
Bu barədə həkim onkoloq Firdovsi İsgəndərov “Reaksiya”ya açıqlama verib:
O, bunun mümkün olmadığını qeyd edib:
“İy bilmə hissi ilə itlər çox şeyi müəəyyənləşdirə bilər, lakin xərçəng xəstəliyini müəyyən etmək mümkün deyil”.
Şərhlər