Gigiyenik vasitələr dəri xərçənginə səbəb olur
31.08.2018 13:14 Maraqlı 1198
Seçenov Universitetinin Onkoloji mərkərinin rəhbəri tanınmış rusiyalı onkoloq akademik İqor Reşetov Komsomolskaya Pravdaya müsahibəsində xərçəng xəstəliklərinin bəzi bilmədiyimiz risk faktorlarını açıqlayıb.
Belə ki, akademikin fikrinə görə, bütün dünyada artmaqda olan dəri xərçəngi dəriyə qulluq zamanı istifadə olunan müxtəlif sintetik gel və köpüklərlə bağlı ola bilər. Bu vasitələrdən sui-istifadə dərini zəiflədir, qurudur, dərinin qoruyucu qatını yuyub aparır ki, nəticədə dəri xarici və daxili mənfi təsirlərə qarşı daha həssas olur.
Onkoloq gel və köpüklərdən yalnız istisna hallarda istifadə etməyi, adi su və uşaq sabununa üstünlük verməyi tövsiyə edir.
Saglamolun.az xəbər verir ki, akademik həmçinin normal gecə yuxusunun xərçəngin profilaktikasında çox vacib olduğunu vurğulayıb. Hətta qısa bir müddət ərzində 6 saatdan az yatmaq immun sistemini ciddi şəkildə zəiflədir. Bildiyimiz kimi, immun sistemi bizi tək mikrob və viruslardan deyil, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələrindən də qoruyur. Beləliklə, yuxunun az olması da xərçəngin riskini artıran amildir.
İqor Reşetov qeyd edib ki, axşam 23.00-dan 02.00-a qədər yuxuda olmaq xüsusilə vacibdir. Bu zaman beyin melatonin hormonunu daha aktiv şəkildə ifraz edir. Melatonin orqanizmi qocalmaqdan və bir çox xəstəliklərin inkişafında, o cümlədən xərçəngdən qoruyur.
Şərhlər