Günorta yuxunuz gəlirsə... - Ciddi xəstəliyin simptomu
11.09.2018 15:05 Maraqlı 1537
Böyük Britaniyalı alimlər gündüz yuxu gəlməyin daha çox Alzheymer xəstəliyinin əlaməti olduğunu müəyyən edib.
Alimlər bir neçə min yaşlı insanı və onların yuxu rejimini 16 il ərzində müşahidə edib. Müəyyən olub ki, gündüz vaxtı yuxuculluq əksər hallarda Alzheymer xəstəliyinin yarandığına işarədir.
Mürgüdən şikayət edən təcrübə iştirakçıları yuxuculluq hiss etməyənlərdən üç dəfə çox Alzheymer xəstəliyinə meylli olub.
Daha əvvəl alimlər xəstəliyin profilaktikası üçün aktiv həyat tərzi sürməyi və pəhriz saxlamaq lazım olduğunu müəyyən etmişdilər. Lakin yuxu faktoru nəzərə alınmamışdır.
Şərhlər