Afrika çöllərində müsəlman tayfa - Tuareqlər - FOTOLAR

11.08.2015 02:42     Maraqlı     12444

“Çöl bizim məskənimizdir, hər tərəfini tanıdığımız ölkəmizdir. Çöl bizim azadlığımızdır, kimliyimizdir” deyir Tinariven adlı tuareq xalqından olan musiqi qrupunun gitaristi.

Fərqli və azlıqda olan insanlar hər zaman təhlükə altındadır. Tuareqlər də bu cür toplumlardandır. Onlar Afrika Bərbərilərinin bir qoludur. Min ildən çoxdur ki, Burkina Faso, Əlcəzair, Libiya, Mali və Niger arasındakı bölgədə yaşayırlar. Yüz illərdir köçkün həyatı yaşayan və dəvə belində səhra keçən bu xalq hazırda yarıköçəri həyat tərzi sürür. Həmçinin müsəlmandırlar və özüməxsus mədəniyyətləri var. Həddindən çox qonaqpərvərdirlər. Qonaq uşaqdan sonra ən mühim şeydir. Qonaq gələn kimi ilk verdikləri sual su istəyib- istəməmələridir.

Tuareqlərdə qadın çox azaddır. Qadınların evlənməzdən əvvəl istədikləri qədər sevgilililəri ola bilər. Və qadın gecəni bir kişi ilə birlikdə keçirdikdə sadəcə bir qayda var: səhər açıldığında o kişi həmin yeri dəvəsi ilə tərk etməlidir. Ayrıca bir kişinin bir çadırda yemək yeyə bilməsi üçün o çadırda yaşayan bir qadınla əlaqədə olması şərtdir. Əks təqdirdə ayıb sayılır.

Evlilik zamanı da son söz qadınındır. Evlənmək qadının arzusu ilə baş tutur və həmçinin, qadının arzusu ilə də bitir. Əgər bir tuareq qadın evlənməyə qərar verirsə, kişidən onu təsirləndirəcək bir şeir yazmaqdan başqa heç nə gözləmir. Uşaq doğulanda isə soyadını anasından götürür. Boşanmaq geniş yayılıb. Qadın boşanmağa qərar verdikdə yığıncaq təşkil edir. Kişi isə dəvəsi ilə birlikdə ana evinə qayıdır.

 Qadın-kişi münasibətlərindəki ən maraqlı məqam isə kişilərin örtünməsidir. Başqa müsəlman cəmiyyətlərdə qadınlar hicab geyinirsə, tuareqlərdə bunu kişilər edir. Hicab geyinən kişilər “ Səhranın mavi adamları” adlandırılır. Antropoloqlar tərəfindən bunu niyə etdikləri soruşulduqda onlar “ qadınlar gözəldir, onların üzünü görmək istəyirik” deyə cavab veriblər.

Ancaq hər yerdə fərqlilərə qarşı olan münasibət tuareqlər üçün də var. Bəzi tuareqlər öz adətlərini dünyaya görə geridəqalmış hesab edir və hətta bəziləri ana dilləri olan tamaşeq dili əvəzinə ərəbcə danışır.

 

Şərhlər