Dağın içində muzey
11.08.2015 04:24 Maraqlı 2199
İtalyalı alpinist Messner Raynhold dağın başında yeni maraqlı muzeyi turistlərin istifadəsinə verib.
Reaksiya.az Trendə istinadən xəbər verir ki, İtalyanın Cənubi Tirol əyalətində yaradılan bu muzey M.Raynholdun ideyası ilə ərsəyə gələn altıncı muzeydir. Muzey dəniz səviyyəsindən 2275 metr hündürlükdə tikilib.
M.Raynhold bildirib ki, onun bu muzeyləri yaratmaqda məqsədi insanlara dağların gözəlliyini kəşf etmək və təbiətin bu gözəlliyindən zövq almağa şərait yaratmaqdır.
Şərhlər